2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hökumət daxilində banklarla bağlı ziddiyyət

 

“Banklar haqqında” Qanunda Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin artırılması hökumətdə daxilində narazılığa səbəb olub. Qanunun Milli Məclisdə müzakirəsi zamanı bu narazılıq aydın şəkildə sezilib.
Deputat Əli Məsimov bildirib ki, Palata verilən səlahiyyətlərdən sui-istifadə edə bilər: “Biz hüquqi dövlət qururuq. Kim deyə bilər ki, Palata ona verilən səlahiyyətdən sui-istifadə etməyəcək? Axı, belə bir qarantiya yoxdur”.
Deputat Qüdrət Həsənquliyev isə müştərilərin sirlərinin açılmasına etiraz edib və bu səlahiyyətin Palataya verilməsini kəskin pisləyib: “Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Deputat məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: “Bununla nə etmək istəyirik?”
24saat.org-a sızan məlumatda iddia olunur ki, hökumətdəki ayrı-ayrı qruplaşmaları təmsil edən deputatların Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin artırılmasına qarşı çıxması təsadüfi deyil. Sözügedən qurum maliyyə naziri Samir Şərifovun nəzarətindədir. Maliyyə böhranından sonra əhəmiyyətli fiqura çevrilən Samir Şərifov bir çox sahələri nəzarətə götürə bilib. Maliyyə naziri indi də bankları nəzarət altına almaq istəyir ki, bu da məmur oliqarxların maraqlarına ziddir. Çünki məmurların bir çoxunun bankı var. Bu halda onlar Samir Şərifovdan asılı vəziyyətə düşə bilərlər. Yaxud da maliyyə naziri istədiyi bankın fəaliyyətini dayandıra bilər.
İddialara görə, “Banklar haqqında” Qanun qəbul olunsa da, qanun icrası o qədər də asan olmaya bilər…

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button