2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hökumət ölkəni tonqalla xəbərçatdırma dövrünə qaytarır

Cəmil Həsənli

 Qəribə təzadlar dövründə yaşayırıq. XXI əsrin də öz möcüzələri var. Bir neçə həftədir Şanxay Universitetindəyəm. Sosial şəbəkələrə müəyyən məhdudiyyətlər qoyulsa da, kommunist ölkəsi olan Çin Xalq Respublikasından Azərbaycan istisna olmaqla istənilən Avropa, Amerika, Asiya və Afrika ölkəsi ilə WhatsApp, Viber, Messenger və bunların özlərinə məxsus olan WeChat proqramlarından istifadə etməklə çox rahat audio və video əlaqələri qurmaq, azad xəbərləşmə sistemindən yararlanmaq mümkündür. Kommunist Çindən fərqli olaraq Avropa Şurasının, ATƏT-in üzvü olan, ölkə əhalisinin azad informasiya almaq və komunikasiya sistemindən istifadəsini təmin etmək barədə həm konstitusyon, həm də beynəlxalq öhdəliyi olan Azərbaycan isə internetə dayanan bu xəbərləşmə sistemini ölkə ərazisində qadağan edib. Deməli bizim ölkə nəinki kommunist qapalılığı dövrünə, hətta ondan əvvəlki feodal xəbərləşmə qaydalarına transfer edir. Gərək Dədə Qorqud dövründə məlumatın xarakterinə uyğun təpələrdə yandırılan tonqallar vasitəsi ilə əhali mühüm məsələlər barədə xəbər tutsun.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button