2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosialXəbərlər

“Hökumət qaz və işığın qiymətini endirməyi düşünməlidir”

“Qaz və işığın limitini  tamamilə götürmək lazımdır, az yandıran az verəcək, çox yandıran çox” 

Son bir ayda Azərbaycanda sosial sahədə bir sıra addımlar atılıb. Əvvəlcə minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırılıb. Daha sonra, müavinətlər, təqaüdlər müxtəlif həcmdə yüksəldilib. Nəhayət, prezident İlham Əliyev«Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» sərəncam imzalayıb. Həmin sərəncamda 10 min ABŞ dollarına qədər banklara borcu olan fiziki şəxslərə dövlət hesabına güzəşt edilməsi nəzərdə tutulur. Hakimiyyət rəsmiləri bütün bu atılan addımları “Sosial paket”adlndırır.
Bəs görək, iqtisadçılar sosial sahədə hansısa əlavə addımlara ehtiyac görürlərmi?

Keçmiş deputat Əli Əlirzayev xatırladıb ki, o, Milli Məclis üzvü olarkən əmanətlərin bərpası barədə məsələ qaldırıb:

Saytların yığılması Saytlarin yigilmasi

“ İqtisadiyyatda baş verən dəyişikliklərə uyğun olaraq orta aylıq əməkhaqqı da qalxmalıdır. Mən təhsilin və səhiyyənin inkişafına dair müxtəlif tədbirlər planının hazırlanması barədə təklif irəli sürürəm”.

Hazırda Azərbaycanda aylıq uşaq pullarının yenidən bərpa olunması haqqında da təkliflər eşidilir. 2006-ci ildə ünvanlı sosial yardımların verilməsinə başlanması ilə uşaq pulları ləğv edilmişdi.

Əli Əlirzayev
Əli Əlirzayev

Əli Əlirzayev hesab edir ki, indiki mexanizm normal olduğundan bu məsələni qaldırmağa ehtiyac yoxdur. Sadəcə o, doğum səviyyəsini yüksəltməkdən ötrü bəzi addımların atılmasına ehtiyac görür. Keçmiş deputat vurğulayır ki, uşaqların sayı artıqda doğuma görə, verilən vəsait də artırıla bilər.

Keçmiş deputatın sözlərinə görə, hökumət qaz və işığın qiymətini aşağı endirmək barədə düşünməlidir:

“ Limiti isə tamamilə götürmək lazımdır, az yandıran az verəcək, çox yandıran çox” .

Əli Əlirzayev vaxtilə Milli Məclisdə qaldırdığı gəlir deklarasiyası məsələsinin həllini yenidən gündəmə gətirməyin vacibliyini bildirir.

İqtisadçı: “İqtisadi islahatlara ehtiyac var”

İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, ilk növbədə sosial problemlərin yaranma səbəbləri aradan qaldırılmalıdır:

“ İndiki halda problemlərin bu cür həlli davamlı həlli sayıla bilməz. Aydın məsələdir ki, dollar krediti ilə bağlı yaranan problem 2015-ci ildəki devalvasiya qərarlarının ( 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfədən çox dəyər itirib-red) nəticəsi idi. Əhalinin geniş kütləsi üçün probem həll olunsa da, tam aradan qaldırıldığını söyləmək olmaz. Minimum əməkhaqqının 180 manata qaldırılması yaxşı addımdır, amma bütövlükdə yoxsullaşmanın və işsizliyin aradan qaldırılması demək deyil”.

Azər Mehtiyev, avqust 2009
Azər Mehtiyev, avqust 2009

Azər Mehtiyev-in sözlərinə görə, uşaq pulları sosial məsələ olduğundan əsaslandırılması müxtəlif cür ola bilər:

“Bu məsələnin sırf iqtisadi hadisə kimi izahını verməkdə çətinlik çəkirəm. Bilirsiniz, son qərarlar müvəqqəti addım kimi verilibsə, eyni ilə onlar da müvəqqəti addımın tərkib hissəsi olacaq. Onun əsaslandırılması bu mənada çətindir”.

Azər Mehtiyev deyir ki, hazırda daha çox iqtisadi islahatlara ehtiyac var. “Bunun da kökündə institusional dəyişikliklər dayanır”, o əlavə edir.

Xatırlatma

Tarif Şurası 2016-cı il noyabrın 28-də qazın və elktrikin qiymətlərini artırıb. Onda qazın bir kubunun qiyməti 10 qəpikdən 20qəpiyə qaldırıldı. Amma əhaliyə hər il 1700 kub qaz əvvəlki qiymətə verilir. Elektrikin isə bir kilovatının qiyməti 7 qəpikdən 11 qəpiyə qaldırıldı. Ancaq bunda da əhaliyə əvvəlki qiymətlə hər ay 300 kilovat elektrik verilir.

AzadlıqRadiosu

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button