2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hökumət qızılın xaricə satışına başladı

“AzerGold” QSC ilk qızıl və gümüş tərkibli külçələrin ixracını həyata keçirib. Azərbaycanda hasil olunan və İsveçrənin nüfuzlu “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış 16,1 min unsiya qızıl və 23,7 min unsiya gümüş beynəlxalq birjaya çıxarılıb.

Bu, indiyədək Azərbaycandan birdəfəyə həyata keçirilən ən iri həcmli qiymətli metal ixracıdır. Şirkətin satışdan təqribən 20 milyon ABŞ dolları gəlir əldə etməsi gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

“AzerGold” bu ilin sonunadək ümumilikdə 160 min unsiya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) qiymətli metal satışını reallaşdırmağı planlaşdırır. Bu, dünyada hazırkı metal qiymətlərini nəzərə aldıqda cəmiyyətin ilin sonunadək gəlir kimi 85 milyon dollardan çox xarici valyutanı ölkə iqtisadiyytına daxil etməsi deməkdir.

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. (Marja)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button