2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Hökumət tam tərkibdə istefaya getməlidir”

Gözəl Bayramlı: “Böhrandan yeganə çıxış yolu budur”

AXCP sədrinin müavini Gözəl Bayramlı 24saat.org-a açıqlamasında iqtidar və müxalifətin böhrandan birgə çıxış yolu axtarmasının mümkünlüyü ilə bağlı deyilənlərə aydınlıq gətirib. G.Bayramlının sözlərinə görə, indiki situasiyada iqtidar və müxalifətin bir araya gəlməsi belə böhrandan xilas olmağa imkan verməyəcək:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən iqtidar və müxalifətin böhrandan birgə çıxış yolu aramasına səbəb görmürəm. Biz dəfələrlə AXCP olaraq böhrandan çıxmaq üçün təkliflər vermişik. Böhrandan çıxış yollarını göstərmişik. Partiyamızın İqtisadiyyat Komissiyası bu cür təkliflər verib. Bildiyiniz kimi, komissiyanın sədri tanınmış iqtisadçı Nemət Əliyevdir. Bizim müvafiq proqramlarımız olub, Əli Kərimli dəfəlrələ böhrandan çıxış yollarını göstərib. Hakimiyyət isə heç vaxt buna əhəmiyyət verməyib. Indi bütün imkanları ötürəndən, hər şeyin sonuna gələndən sonra nəyinsə dəyişəcəyini güman etmirəm. Çünki böhrandan çıxmağa yol qalmayıb. Yeganə bir yol var ki, bu da hökumətin tam tərkibdə istefasıdır. Hansı ki, bu istefadan sonra Azərbaycan xalqı özünə yeni bir hakimiyyət formalaşdırsın. Başqa bir çıxış yolu yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button