2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hökumətin demoqrafik siyasəti də iflas edib

Nemət Əliyev, iqtisadçı-ekspert

Sosial-iqtisadi problemlər, rüşvət, korrupsiya, savadsızlıq, məsuliyyət hissini itirmiş adamların idarəetmə orqanlarına soxulması, ölkə səhiyyəsinin al-ver obyektinə döndərilməsi və sairə kimi amillər əhalinin təbii artım göstəricisini də hədəfə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Əhalinin təbii artım göstəricisi bu ilin I rübündə 22%-dən çox pisləşib. Səbəbi doğulanların 10,4% azalması, ölənlərin isə 9,4% artmasıdır.

Əhalinin təbii artım göstəricisi, ümumiyyətlə, 2011-ci ildən başlayaraq mütəmadi şəkildə düşməyə başlayıb. Bu göstərici 2011-2015-ci illərdə orta hesabla hər il 2,2% azalıbsa, 2016-cı ildə azalma faizi birdən-birə 8,4%-ə, bu ilin birinci rübündə isə 22%-in üzərinə qalxıb. Mənfi tendensiyanın bu dərəcədə sürətlənməsi, fikrimcə, həyəcan siqnalı çalmaq üçün yetərli əsasdır.

Reproduktiv yaşda olan qadınların sayında və yaş strukturunda 2011-2016-cı illərdə baş vermiş dəyişikliklərin nəticəsi olaraq diri doğulan körpələrin hər 1000 nəfər əhaliyə düşən sayı 15% azalıb. Daha pis olanı budur ki, yeni doğulan oğlan uşaqlarının sayı qızlara nəzərən sürətlə düşməyə başlayıb. Nəsilvermə əmsalı bu dövrdə 2,4-dən 2,0-yə enib. Bu sonuncu göstərici son 12 ilin ən pis göstəricisidir.

 

Yazı müəllifin feysbuk hesabından götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button