2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasət iflasa uğrayıb

Oqtay Gülalıyev: “Hakimiyyətin sosial-iqtisadi siyasətinin iflasa uğradığı göz önündədir”

Hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzininü üzvü Oqtay Gülalıyev 24saat.org-a açıqlamasında ölkədəki mövcud demokratik vəziyyət və yaxın gələcəyə yönəlik gözləntiləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Hakimiyyətin islahatlar həyata keçirmək niyyətindən uzaq olduğuna diqqət çəkən O.Gülalıyev, bu siyasətin dəyişməsi üçün yerli və beynəlxalq təzyiqə ehtiyac olduğunu qeyd edib:
“Azərbaycanda hər hansı demokratik şərait yoxdur. Bu səbəbdən də 2017-ci ildə hakimiyyət tərəfindən demokratiyanın bərqərar olması istiqmaətində hansısa addımların atılacağını düşünmürəm.
Hesab edirəm ki, ölkədə müqavimət gücü artmayınca, yerli və beynəlxalq təzyiqlər artmayınca hökumət öz siyasətində qalmaqda maraqlı olacaq.
Hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasət iflasa uğrayıb. Xalqın narazılığı günü-gündən artır. Beynəlxalq təzyiqlər də artır. Azərbaycanın açlq hökumət tərəfdaşlığı şərçivəsində, eləcə də mədən sənayesi sahəsində şəffaflıq çərçivəsində üzvlük statusunun endirilməsi dediklərimə nümunədir. Beynəlxalq təşkilatların mətbuat azadlığı, siyasi məhbuslar və digər məsələlərlə bağlı sərt çağırışları hökumətə yönəlik beynəlxalq təzyiqlərin artan xətt üzrə davam etdiyini göstərir. Əgər bu təzyiqlər artarsa, o zaman biz müsbət dəyişikliyə şahid ola bilərik. Əks-təqdirdə Azərbaycan hakimiyyətinin özünə qalsa, hər hansı müsbət dəyişiklik baş verməyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button