2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

 “Hökumətin pensiya siyasəti aztəminatlı insanları qorumağa kifayət etmir”

Yayımlandı: 1 Noyabr 2022 18:12

Əmək pensiyalarının gələn il üçün proqnozlaşdırılan orta aylıq məbləği məlum olub

“Hökumətin pensiya artımı siyasəti heç də ölkədəki inflyasiya qarşısında aztəminatlı insanları qorumağa kifayət etmir. İnsanlar artıq açıq şəkildə pensiyaların azlığından şikayət edirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı Nemət Əliyev 2023-cü ildə əmək pensiyalarının artımını nəzərdə tutan məbləği Meydan TV-yə şərh edərkən deyib.

2023-cü il əmək pensiyalarının proqnozlaşdırılan orta aylıq məbləği məlum olub.

Bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləğinin bu ilin sonuna 369,4 manat təşkil edəcəyi gözlənilir. Bu rəqəm 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat, 2020-ci ilin sonunda 302,24 manat, 2021-ci ilin ilk yarımilliyində 328,77 manat, həmin ilin sonuna 331,75 manat, 2022-ci ilin ilk yarımilliyində 367,98 manat təşkil edib.

2023-cü ildə isə əmək pensiyalarının orta aylıq məbləğinin 422 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Pensiyaların orta aylıq məbləği 2020-ci ildə 2019-cu illə müqayisədə 14,66 % artıb. Bu göstərici 2021-ci ildə 2020-ci illə müqayisədə 9, 76 % yüksək olub, 2022-ci ilin sonuna gözlənilən məbləğin isə 2021-ci ilin müvafiq göstəricisindən 11, 35 % yüksək olacağı gözlənilməklə, 2023-cü ilin müvafiq göstəricisinin də 2022-ci ilin sonuna gözlənilən göstəricini 14, 24 % üstələyəcəyi proqnozlaşdılır.

Nemət Əliyev deyir ki, sosial siyasəti güclü olan ölkələrdə əhalinin real gəlirləri adətən inflyasiya göstəricilərini üstələyir.

Son 8-9 ayın hesablamalarına görə, 2022-ci il ərzinə Azərbaycanda bahalaşma səviyyəsi 40-50 faiz olub.

Rəsmi statistikaya görə, orta pensiya məbləği ən yaxşı halda 9-10 faiz səviyyəsində artıb:

“Yəni bahalaşma o qədər yüksək sürətlə inkişaf edir ki, pensiyaların artım səviyyəsini bu il ərzində uyğunlaşdırmaq mümkün olmayıb. Hökumətin 2022-ci ildə pensiya siyasətinin əsl mahiyyəti bundan ibarət olub. Bu il ərzindəki bahalaşmanı indeksləşdirə, kompensasiya edə bilməyiblər. Belə olan halda növbəti ilin qiymət səviyyəsini necə kompensasiya edə bilərlər? Qiymət səviyyəsi əhalinin alıcılıq qabiliyyətini bərbad vəziyyətə salıb. Ona görə də pensiya artımları insanların heç nəyinə yaramır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button