2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hökumətin referendum təşvişi

Daşdan keçən arqumentlər qarşısında aciz qalıblar

Hakimiyyətin “Konstitusiya əməliyyatı” beynəlxalq aləmdə də mənfi qarşılanır. Birmənalə şəkildə ifadə olunur ki, Azərbyacan hakimiyyətinin addımları demokratiyaya ziddir. Mənzərə o qədər şəffafdır ki, Referendumun mürtəce dəyişikliyə xidmət edəcəyi, şəxsi maraqlar naminə keçirildiyi şübhə doğurmur.
Bu mənada Venesiya Komissiyasının rəyi böyük əhəmiyyət kəsb edir. Venesiya Komisiyası bildirir ki, təklif edilən düzəlişlərin bir çoxu prezidentə “görünməmiş” səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur. VK ekspertləri hesab edirlər ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının “heç bir bəraəti yoxdur”. Bundan əlavə, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi “parlamentdə siyasi özgəfikirliliyə” mənfi təsir göstərir. Bu, həm də məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir, çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədəcək.
Göründüyü kimi Vensesiya Komisiyyası olduqca güclü arqumentlər gətirib və hökuməti pərt vəziyyətə salıb. Hökumət isə Konstitusiya dəyişikliyinin hansı zərurətdən doğduğunu, Referendumun ölkəyə hansı uğurlar gətirəcəyini əsaslandırmaq əvəzinə, əks hücuma keçib. Öz aləmlərində komandanın ən ağıllı hüquqşünasını önə veriblər və vəziyyətdən çıxmağa çalışırlar. Belə ki, Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib ki, Konstitusiyaya edilən dəyişikliklər idarəetməni təkmilləşdirmək üçündür. Hətta onu da bildirib ki, Venesiya Komissiyasının rəyi siyasi sifarişdir. Özləri o qədər sifarişlə hüquqsuzluq zənciri yaradıblar ki, başqalarına da eyni ittihamları irəli sürürlər.
Göründüyü kimi hökumət Venesiya Komissiyasının əsas gətirdiyi arqumentlərin heç birinə cavab verə bilmir, ənənəvi taktikanı davam etdirir.
Məsələ burasındadır ki, hakimiyətin təşkil etdiyi Referendumun legitimlik qazanmamaq ehtimalı böyükdür. Bu isə növbəti mərhələdəki prezident və parlament seçkilərinin də beynəlxalq səviyyədə tanınmaması deməkdir. Seçkiləri qiymətləndirmək mandatına sahib olan qurum ATƏT-dir, amma Azərbaycan hakimiyyəti ATƏT-in Bakı ofisini qapadıb. Bu da hökumətə ciddi legitimlik problemi yaradacaq. Eyni zamanda ABŞ-dan Referendumla bağlı reaksiyalar gəlməkdədir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç deyib ki, Referendumdan sonra Azərbyacan daah da avtoritar ölkəyə çevriləcək. Helsinki Komissiyası isə bildirib ki, seçkilərdə onlar üçün qızıl standart ATƏT-in rəyi hesab olunur.
Belə aydın olur ki, hökumətin mütləq monarxiya qurmaq istəyi hamıya bəllidir. 21-ci əsrdə prezidentin səalhiyyətlərinin artırılması, təyinatlı vitse- prezidentlik institutunun yaradılması, parlamentin səlahiyyətinin alınması avtoritarizmin gücləndirilməsinə xidmət edir.
Bütün bunlara görə hökumət bərk təşviş içindədir. Ona görə də daxil iauditoriyaya hesablanmış çıxışlar edirlər, Venesiya Komissiyasının rəyini topa tuturlar.
Hökumət dünya ilə münasibətləri pisləşdirməyə, dövlətin imicini ləkələməyə və hüquqsuzluğun miqyasını artırmağa davam edir. Bütün dünya başa düşür ki, razılaşdırılmış mitinqdə 200-dən artıq fəalın saxlanıldığı ölkədə, Konstitusiya dəyişikliyi idarəetmənin təkmilləşdirilməsinə xidmət edə bilməz.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button