2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hökumətlər Kabil hava limanında terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Qərb hökumətləri cümə axşamı Əfqanıstanın paytaxtı Kabilin hava limanında terror hücumu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib və evakuasiya edilmək istədikləri üçün əraziyə toplananların təhlükəsiz bir yerə getməli olduqlarını deyib.

“ABŞ vətəndaşlarına Kabil aeroportunun ərazisi xaricində təhlükə təhdidləri olduğu üçün ABŞ hökuməti nümayəndəsindən fərdi təlimat alınmadığı təqdirdə aeroporta getmələrini və aeroport girişindən uzaq durmağı tövsiyə edirik. Abbi, Şərq və ya Şimal qapıları qarşısına toplaşan ABŞ vətəndaşları oraları dərhal tərk etməlidirlər” – deyə, ABŞ-ın Kabildəki səfirliyi xəbərdarlıq yayıb.

Britaniya silahlı qüvvələri naziri Ceyms Heppi BBC radiosuna “Hazırda hücum barədə çox, çox etibarlı bir xəbər var” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Avstraliyanın Xarici Əlaqələr və Ticarət Nazirliyi də “çox yüksək terror hücumu təhlükəsi”ndən bəhs edib. Belçikanın Baş naziri Aleksandr De Kroo hökumətinin ABŞ və digər mənbələrdən hücum ehtimalı barədə eşitdikdən sonra təxliyə əməliyyatlarını dayandırdığını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü ABŞ-ın Əfqanıstandakı İslam Dövləti qrupunun filialından potensial təhlükə gördüyünü bir daha vurğulayıb.

“Bu səylərin mürəkkəbliyini və təhlükəsini qiymətləndirmək çətindir. Hazırda biz Talibanın nəzarətində olan şəhər və ölkədə, düşmənlə bir mühitdə, həqiqətən də İŞİD-K hücumunun ehtimalı olan bir yerdə fəaliyyət göstəririk. Biz bütün tədbirləri görürük, amma bu çox risklidir” – deyə, Blinken Dövlət Departamentində bildirib.

ABŞ hökuməti Amerika qüvvələrinin Əfqanıstanı tərk etməsi üçün son tarixi keçsə belə, amerikalıları, ABŞ-ın daimi sakinlərini, müttəfiqlərini və təhlükə ilə üzləşə biləcək digər əfqanları evakuasiya səylərini davam etdirəcəyinə söz verib.

“Avqustun 31-dən sonra ölkəni tərk etmək istəyən amerikalılar və əfqanların çıxarılması üçün vaxt limiti yoxdur” – deyə, ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü bildirib.

Blinken jurnalistlərin suallarını cavablandırarkən “onlar unudulmayacaq” deyib. “Dediyim kimi, əlimizdə olan hər bir diplomatik, iqtisadi yardım vasitəsindən istifadə edərək, insanların ölkəni tərk etməsinə icazə vermək üçün Talibana təzyiq göstərəcəyik” – deyə, o bildirib.

Çərşənbə günü Dövlət Departamentində, Pentaqonda və Ağ Evdə rəsmilər Kabil hava limanının qapılarında baş verən xaosla bağlı tənqidləri təkzib etməyə davam edib.

Ağ Ev çərşənbə günü bildirib ki, avqustun 14-dən bəri ABŞ tarixin ən böyük evakuasiyası çərçivəsində hərbi və koalisiya təyyarələri vasitəsi ilə təxminən 82.300 adamın çıxarılmasına yardım edib. İyul ayının sonundan bəri isə ABŞ təxminən yarısı qadın və uşaq olmaqla, 88 min insanı köçürüb.

“Biz ABŞ tarixində ən böyük təxliyə işləri aparırıq. Düşünürəm ki, bunun nə demək olduğu aydındır” – deyə, Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında bildirib.

Əfqanıstanda 1500-ə yaxın Amerika sakini qalır. Blinkenin dediyinə görə, Taliban üsyançılarının ölkənin nəzarətini ələ keçirməsindən sonra, avqustun 14-də təxliyə işlərinə başlayanda orada 6000-ə yaxın amerikalı var idi. Lakin 500-ü son bir gündə olmaqla, o vaxtdan bəri azi 4500 amerikalı ölkədən çıxarılıb.

Keçən gün ABŞ-a və digər ölkələrə məxsus 90 hərbi təyyarənin Kabildən uçduğunu deyən ABŞ rəsmiləri hazırda ölkədən qaçmaq istəyən təxminən 10 min insanın Kabil hava limanında sıxışıb qaldığını bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button