2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Holland şirkəti Azərbaycanda dələduzluq edib?

“Bank Standard”ın kreditorları “KPMG AUDİT”lə bağlı şübhələrə görə Hollandiyadakı baş ofisə müraciət edib.

Bu barədə bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat verib. O bildirib ki, audit şirkəti vurulan zərərin əvəzini ödəməli, aldığı muzdu geri qaytarmalıdır.
Müraciətdə bildirilib ki, “Bank Standard”ın son illər ərzində kənar auditoru olmuş KPMG-nin də bankın müflisləşməsində rolu kreditorlar komitəsi tərəfindən təhqiq olunur və təqsiri müəyyən olunsa, kreditorlara vurulan zərərin əvəzi ondan da tələb olunacaq. Şübhələrimiz həmçinin ona görə böyükdür ki, digər iri müflis bankın – “Texnikabank”ın da kənar auditoru məhz KPMG olub. Ən başlıcası isə bank müflis elan olunandan sonra Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə məhz KPMG “Bank Standard”ın qalıq əmlakını qiymətləndirib. Bu isə ən azı qeyri-etik və maraqlar konflikti yaradan haldır:” İllər boyu bankın kənar auditoru olmuş KPMG bu qiymətləndirmə zamanı nə dərəcədə obyektiv ola bilərdi? Şübhəni artıran həmçinin odur ki, Fond bu qiymətləndirmənin tam mətnini Kreditorlar Komitəsinə təqdim etməkdən imtina edir. Deməli, torbada pişik var! Buna görə də KPMG-dən bu qiymətləndirmə üçün kreditorların hesabına Fonddan aldığı muzdun geri qaytarılmasını tələb edirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Həsənov bildirib ki, KPMG dünyanın aparıcı auditor “dördlüyünə” daxildir. Vaxtilə həmin “dördlük” “beşlik” idi və ora “Arthur Andersen” kimi dələduz audit şirkəti də daxil idi ki, yoxladığı iri şirkətlər sonradan müflis olurdu: “KPMG də bu yolu gedir. Ümid edirəm ki, KPMG-nin baş ofisi Bakıdakı qurumunun necə fəaliyyət göstərməsindən xəbərsizdir və vaxtında zəruri tədbirlər görərək qlobal rüsvayçılıqdan canını qurtara biləcək”.

Ə.Həsənov onu da bildirib ki, bankın kreditorları bankın müflisləşməsində təqsiri olan hər bir şəxsin məsuliyyətə cəlb olunmasını sonadək tələb edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button