2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hollande prezident seçkisindən geri çəkildi

Fransa prezidenti Francois Hollande dekabrın 1-də deyib ki, 2017-ci ilin prezident seçkilərində ikinci müddətə prezidentlik iddiasında deyil.

Bu məlumatı verən Reuters yazır ki, Hollandenin bu addımı sürprizdir. Çünki prezidentin növbəti müddətə prezidentlik iddiasından geri çəkilməsi çox nadir hadisədir.

Frans Press yazır ki, 62 yaşlı prezidentin bu qərarı onun populyarlığının son dərəcə aşağı olması ilə bağlıdır. Noyabrın 30-da elan olunan son sorğuya görə, Hollande seçkiyə qatılsa, birinci turda cəmi 7 faiz səs toplaya biləcəkdi.

Saytların yığılması Saytlarin yigilmasi

Fransada prezident seçkisi gələn ilin aprelində keçiriləcək. Həmin son sorğuya görə, seçki bu gün keçirilsə, qalib sağşı Respublika partiyasından olan Francois Fillon olacaq.

Hollande 2-ci dünya müharibəsindən sonra Fransada populyarlığı ən aşağı olan prezidentdir.

Prezidentliyə Sosilaist partiyasından namizəd kim olacaq? – Frans Press yazır ki, bunu demək çox çətindir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button