Uncategorized

Hollandiya Müdafiə naziri iki əsgərin ölümünə görə istefa verib

Hollandiyanın Müdafiə naziri Jeanine Hennis, BMT qüvvələri daxilində Malidə xidmət göstərən iki əsgərin qəza nəticəsində yaranan partlayışda həlak olmasından sonra siyasi məsuliyyət daşıdığını bildirərək istefa verib.

Onunla birlikdə Hollandiya Baş Qərargah rəisi Tom Middentrop da vəzifəsindən getdiyini bəyan edib.

Hollandiya BMT-nin Malidə siyasi sabitlik yaratmaq məqsədilə saxladığı beynəlxalq qüvvələrə hərbi dəstək verən ölkələrdəndir.

2016-cı ilin iyulunda Kidal qəsəbəsində bir əməlliyyat zamanı baş vermiş qəzada iki əsgər ölmüş, biri ağır yaralanmışdı.

Qəza ilə bağlı Hollandiya Təhlükəsizliyi Araşdırma qurumunun hazırladığı hesabat keçən həftə açıqlanıb.

Hesabatda deyilir ki, Hollandiyanın Malidəki qüvvələrinin təhlükəsizlik məsələsində ciddi çatışmazlıqları var.

Hesabat Hollandiya parlamentində müzakirə olunarkən Müdafiə naziri Hennis sərt tənqidə məruz qalıb.

Müzakirələrdə bildirilib ki, hələ iyun ayında nazirə çatışmazlıqlar barədə məlumat verilsə də, Jeanine Hennis lazımlı addımları atmayıb.

“Ötən il Malidə baş vermiş qəza ilə bağlı siyasi məsuliyyət daşıyıram. Bütün məsuliyyəti üzərimə götürərək vəzifəmdən istefa edirəm”, nazir deyib.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close