Bizim tərcümə

Hollandiya şahzadəsi Amalia təhlükəsizlik səbəbi ilə evini tərk edə bilməz

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-14 10:04:49

Hollandiya kralı Willem-Alexander bir müddətdir cinayət təşkilatlarının hədəfinə çevrilən 18 yaşlı vəliəhd şahzadə Amalianın “təhlükəsizlik səbəbi ilə” evindən çıxa bilmədiyini açıqlayıb.

Kraliça Maksima həmçinin Amsterdam Universitetində siyasət, hüquq və psixologiya təhsilinə başlayan Şahzadənin təhdidlər səbəbindən paytaxtdakı tələbə evində yaşamadığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hollandiyada nəşr olunan De Telegraaf, ötən ay prokurorluq mənbələrinə istinadən xəbərlərində narkotiklə əlaqəli cinayət təşkilatlarının Princess Amalia və Baş nazir Mark Rutteni hədəf aldığı üçün bu adlar ətrafında təhlükəsizlik dairəsinin genişləndirildiyini açıqladı.

Hollandiya Kralı Willem-Alexander və Kraliça Maima İsveçə rəsmi səfərləri zamanı təşkil etdikləri mətbuat konfransında verilən bir sual üzərinə Şahzadə Amalianın Amsterdamda yaşamadığını və təhlükəsizlik səbəbiylə Haaqadakı evini tərk edə bilməyəcəyini açıqladılar.

Universitet təhsilinə Amsterdamda başlayan və bu şəhərdə tələbə evində qalacağını açıqlayan Kraliça Maksima, Şahzadənin digər məktəb dostları kimi tələbəlik həyatının olmadığını deyib.

Amalianın Amsterdamda yaşamadığını və evdən çölə çıxa bilməyəcəyini bildirən Kraliça “Uşağınızın belə yaşadığını görmək xoş deyil” deyib.

“SAĞ QALMAĞIMDAN QƏRR EDİRƏM”

Kral və Kraliça inanırlar ki, çətinliklərə baxmayaraq, şahzadə Amaliya öz sinfini keçəcək. Kraliça Maksima, “Məncə, o, çox cəsarətlidir. İcazə verin, düzünü deyim, onun dayanması ilə həqiqətən fəxr edirəm” dedi.

Kral Willem-Alexander də qızı ilə bağlı vəziyyəti “təsvir edə bilmirəm, həqiqətən çətindir” kimi qiymətləndirdi.

Baş nazir Mark Rutte Hollandiya mediasına deyib ki, bu, “dəhşətli xəbərdir.

Təhdid və təhlükəsizlik tədbirləri ilə bağlı açıqlama verməkdən yayınan Hollandiya Baş naziri şahzadə Amaliya üçün çox üzgün olduğunu və təhdidlərdən narahat olduğunu vurğulayıb.

Ədliyyə və Təhlükəsizlik naziri Dilan Yeşilgöz Twitter hesabından verdiyi açıqlamada Amalianın bu qədər sıx şəkildə qorunduğunu “dəhşətli gördüyünü” söylədi.

Yeşilgöz, “Sizi əmin edə bilərəm ki, təhlükəsizlik xidmətlərimiz Amalianın təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz var gücü ilə çalışır” dedi.

De Telegraaf qəzeti, 17 sentyabrda dərc olunan xəbərdə, Şahzadə Amalia və Baş nazir Rutte ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqladı.

Qəzet narkotiklə əlaqəli “makromafiya”nın şahzadə Amaliya və baş nazir Rutteni qaçırmaqla hədələdiyini iddia edib. Qəzetin yazdığına görə, bu vəziyyətdən çox narahat olan prokurorluq hər iki adla bağlı təhlükəsizlik tədbirlərinin artırıldığını yazıb.

Prokurorluq xəbəri şərh etməkdən imtina edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button