2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hollivudun ən bahalı aktyor və aktrisası bəlli olub

Yayımlandı: 22 İyul 2022 17:45

Marqo Robbi filminə görə ən çox qonorar alıb

Marqo Robbi Hollivudun ən yüksək qonorarlı aktrisası müəyyən edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Daily Mail” yazır ki, 32 yaşlı avstraliyalı aktirsa çəkildiyi “Barbie” filminə görə 12,5 milyon dollar qonorar alıb.

Filmin premyerası 2023-cü il iyunun 21-də olacaq.

Ekran işinin süjet xətti açıqlanmır.

Aktrisanın bundan öncəki qonorarı 10 milyon dollar olub. O, bu məbləği 2020-ci ildə çəkildiyi “Birds of Prey” filmindəki Harli Kvinn obrazına görə alıb.

Kişilər arasında ən yüksək qonorar alan aktyor isə Tom Kruzdur.

O, rejissor Cozef Kosinskinin “Top Gun: Maveric” döyüş filminə görə 100 milyon dollar qazanacaq. Müqaviləyə əsasən, aktyor qonorarla yanaşı, kassa satışından da gəlir əldə edəcək.

“Top Gun: Maverick” “Paramount Pictures Corporation” Amerika film və televiziya istehsalı və yayım şirkətinin 110 illik tarixində ən çox gəlir gətirən filmi olub.

Film dünya üzrə 1,19 milyard dollar qazanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button