2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Homoseksualla sualtı gəmidə olsaydınız, nə edərdiniz?” – Putinə qəribə sual – VİDEO

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində maraqlı bir sualla qarşılaşıb.

SİVİL.AZ xəbər verir ki, rejissor Putindən bir homoseksualla sualtı gəmidə olacağı halda nə edəcəyini soruşub.

Putin gülərək cavab verib ki, homoseksualı “təhrik etməyə” başlamazdı və onunla bir duşa getməzdi.
“Mən onunla duşa getməməyi üstün tutardım. Onu təhrik etmək nəyə lazımdır? Amma siz bilirsiniz ki, mən cüdo ustasıyam”, – prezident vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya lideri Stounla söhbətində xatırladıb ki, onun ölkəsinin qanunları homoseksualizmin təbliğatını qadağan edir. Rejissor prezidenti bu qanunda diskriminasiya əlamətlərini görüb-görmədiyini soruşub. Putin qeyd edib ki, Rusiyada homoseksuaları heç kim sıxışdırmır.

Qeyd edək ki, müsahibə Putinə həsr edilən sənədli film üçün nəzərdə tutulub. İki saatdan ibarət film 4 hissədən ibarət olacaq. Sənədli film iyunun 12-dən 15-dək nümayiş olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button