2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hospitalının bölmə rəisi veteranlardan rüşvət alma şübhəsilə tutulub

İkinci Qarabağ müharibəsi  iştirakçılarından rüşvət almaqda şübhəli sayılan vəzifəli şəxslərin saxlandığı bildirilir.

Bu barədə bu gün, iyulun 27-də Dövlət Təhlükəsizliyi Xidməti  məlumat yayıb.

Açıqlamaya görə,  Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi  Vüsal Eyvazovun, həmin Hospitalın əməkdaşı  Hüseyn Ağayev  vasitəsilə çoxsaylı hərbi qulluqçulardan onlara dövlətin birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün  xəsarət dərəcələrinin təyin edilməsi əvəzində  rüşvət  istəyərək almasına əsaslı şübhələr yaranıb :

Saytların yığılması Saytlarin yigilmasi

“… Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib ”

Hazırda cinayət işi üzrə araşdırmaların davam etdiyi bildirilir.

Amma bu açıqlamaya Baş Klinik Hospitalının bölmə rəisi  Vüsal Eyvazov, həmin Hospitalın  əməkdaşı  Hüseyn Ağayev və onların yaxınlarından münasibət almaq, hələlik, mümkün olmayıb. 

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Şuşa şəhəri daxil Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Bu müharibədə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğu, bir neçə minin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Hospitalının bölmə rəisi veteranlardan rüşvət alma şübhəsilə tutulub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button