Now Reading:
HRW: “İl təzə başlayıb, Azərbaycan məhkəmələri isə…”

“İl təzə başlayıb və Azərbaycan məhkəmələri artıq iki hökumət tənqidçisini siyasi motivli ittihamlarla təqsirli bilib. Bu həftə rayon məhkəməsi müxalifətin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlını 3 illik həbsə məhkum edib. Yanvarın əvvəlində isə başqa bir məhkəmə jurnalist və siyasi fəal Əfqan Muxtarlıya altı il həbs cəzası kəsib”. Bunu yanvarın 25-də “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.

Bayramlı və Muxtarlı 2017-ci ilin mayında Gürcüstanla sərhəddə saxlanılıblar. Sərhəd xidməti Gürcüstandan müalicədən qayıdan Bayramlının çantasından 12 min dollar bəyan edilməmiş pul tapıldığını, Bayramlı isə pulun onun çantasına atıldığını bildirir.

azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.