2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

HTC metakainat üçün nəzərdə tutulmuş Desire 22 Pro adlı yeni smartfonunu təqdim edib – QİYMƏTİ

    HTC şirkəti söz verdiyi kimi Viverse adlı metakainata qoşulmaq üçün nəzərdə tutulmuş Desire 22 Pro adlı yeni smartfonunu təqdim edib. Sözügedən smartfonun əsas fərqləndirici özəlliyi əlavə unikal tətbiqlərə sahib olmasıdır. Söhbət, Viverse, Vive Avatar Vive Wallet adlı tətbiqlərdən gedir. Viverse tətbiqi eyniadlı metakainata daxil olmaq üçün, Vive Avatar sözügedən metakainatda avatar yaratmaq üçün, Vive Wallet isə metakainatdakı virtual aktivlərin idarəsi üçün nəzərdə tutulub. Bundan əlavə olaraq istifadəçi HTC şirkətinin Vive Flow adlı VR cihazı üçün bu yeni smartfonu idarəetmə konsolu kimi istifadə edə bilər. Smartfonun özünə gəldikdə isə o, texniki göstəricilər baxımından orta səviyyəli cihazdır. HTC Desire 22 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym ekran ilə təchiz olunub.

Saytların yığılması Saytlarin yigilmasi

    Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə HTC Desire 22 Pro 8 nüvəli5G dəstəkli Snapdragon 695 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu barareya ilə təchiz olunub. Smartfon həmçnin ikitərəfli şarj texnologiyasını da dəstəkləyir. Bu isə o deməkdir ki, onun vasitəsillə naqilsiz qulaqlıqlar kimi kiçik aksesuarları şarj etmək mümkün olacaq. Bundan əlavə olaraq HTC Desire 22 Pro-nun gövdəsi IP67 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir. Smartfon Android 12 vasitəsilə çalışır. Onun satış qiyməti 405$ təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button