2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Huawei şirkətinin yeni qatlana bilən smartfonu barəsində ilk məlumatlar verilib

    Digital Chat Station ləqəbli nüfuzlu insayder Huawei şirkətinin yeni qatlana bilən smartfonu barəsində ilk məlumatları təqdim edib. Söhbət, Huawei Mate X3 smartfonundan gedir. İnsayder sözügedən smartfonun bəzi texniki özəlliklərini açıqlayıb. Beləliklə insayderin verdiyi məlumata əsasən Huawei Mate X3 smartfonu şirkətin 5 nanometrlik Kirin 9000 prosessoruna sahib olacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon iki versiyada təqdim oluna bilər və bu halda versiyalardan biri Snapdragon prosessoruna sahib olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Bunun baş vercəyi halda smartfonun hər iki versiyası LTE modem lə təchiz olunacaq. Yəni smartfonlar 5G dəstəyinə sahib olmayacaqlar. İnsayder tərəfindən verilmiş məlumatda həmçinin qeyd edilib ki, Huawei Mate X3 smartfonu 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və HarmonyOS 2.0.1 əməliyyat sistemi vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Huawei öz yeni qatlana bilən smartfonunu artıq gələn ay təqdim edəcək. Smartfonun digər texniki özəllikləri və onun hansı qiymətə satılacağı barəsində heç bir məlumat yoxdur.

24 saat” “Huawei şirkətinin yeni qatlana bilən smartfonu barəsində ilk məlumatlar verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button