2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

”Human Rights Watch” Yalçın İmanovdan yazdı

Giorgi Gogiya: “Azərbaycanda ən pis nəticə bundan da betərdir”

“Hər hansı bir vəkil müştərisinin həbsdə döyüldüyünü iddia edirsə, bunun, ən yaxşı halda, qurbandan ötrü ədalətin təmin olunması, ən pis halda isə heç bir tədbirin görülməməsiylə sonuclanmasını gözləyə bilərsiniz. Azərbaycanda isə ən pis nəticə bundan da betərdir. Heç nə dəyişməsə, tanınmış vəkil Yalçın İmanov müştərisinin həbsdə döyülməsini ictimailəşdirdiyinə görə kollegiyadan uzaqlaşdırıla bilər”.

Azadlıq radiosu xəbər verir ki, bunu “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, Y.İmanovun 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olduğunu, xeyli sayda hökumət tənqidçisinin, eləcə də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın, müxalifət fəallarının hüquqlarını müdafiə etdiyini vurğulayıb.

Bu il avqustun əvvəlində Qobustan həbsxanasında məhkum Abbas Hüseynovu ziyarət edən vəkil daha sonra mediaya müsahibələrində müştərisinin içəridə dəfələrlə döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib. Vəkil işgəncə izlərinin Hüseynovun bədənində qaldığını, onun çətinliklə otura və gəzə bildiyini qeyd edib.

Bir ay sonra Qobustan həbsxanasına baş çəkmiş Avropa Şurası rəsmisi buradakı durumu qəbuledilməz adlandırmış, eləcə də hakimiyyəti Y.İmanovun müştərisinə işgəncə verilməsiylə bağlı məlumatları araşdırmağa çağırmışdı.

Vəkil Y.İmanov baş prokorurluğa, ombudsman aparatına, məhkəməyə şikayət göndərsə də, hakimiyyət iddiaları əsassız sayaraq araşdırmaqdan imtina edib.

Elə Y.İmanov şikayətləri verən gün Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədov Vəkillər Kollegiyasına şikayət göndərərək vəkilin hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışdığını iddia edib. Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər Y. İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətində qərarın əleyhinə yalnız vəkil İradə Cavadova səs verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button