2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hüquq müdafiəçisi: “Avropa İttifaqı ölkələri siyasi mühacirlərin readmissiyası ilə bağlı tələsməməlidirlər”

Bakı/03.02.22 Son 4 ayda Almaniyadan Azərbaycana readmissiya olunan azı 4 nəfər narkotik maddə ittihamı ilə həbs edilib.

Bunlar Mütəllim Orucov, Pünhan Kərimli (hər ikisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür), Malik Rzayev (bitərəf), Cəfər Mirzəyevdir (Almaniyada fəaliyyət göstərən “Demokratik Azərbaycanı Seç” təşkilatının üzvü).

Həbs edilənlərin ailələri onların Almaniyada Azərbaycanla bağlı etiraz aksiyalarında fəal iştirak etdiklərini bildirirlər.     

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2014-cü ilin fevralında imzalanıb. Bundan sonra 2016-cı ilin dekabrında Azərbaycanda readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədilə Reinteqrasiya İşçi Qrupu yaradılıb.

Azərbaycan Miqrasiya Xidmətindən readmissiya olunan siyasi fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmasa da,  bundan öncə Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki,  2021-ci ildə 420 nəfər Azərbaycana readmissiya olunub və onların cəmiyyətə reinteqrasiyası məqsədilə lazımi tədbirlər görülüb. 

Nemət Kərimli həbsdə olan Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyevin vəkilidir. Mütəllim Orucov, Malik Rzayev 2021-ci il iyunun 1-də, Cəfər Mirzəyev isə 2021-ci il noyabrın 24-də  Almaniyadan deportasiya olunub.

Kərimlinin sözlərinə görə, müdafiə etdiyi şəxslər readmissiya olunduqdan sonra pandemiya səbəbindən karantin məqsədilə Bakıda Atletlər Kəndinə yerləşdiriliblər və mülki keyimli şəxslər tərəfindən sorğu-sual edilibləb, Almaniyadakı fəaliyyətləri barədə soruşulub.

“Müdafiə etdiyim şəxslər təzyiq altında ifadələr veriblər. Onların işgəncələrə məruz qalması ilə bağlı şikayətlərimin isə nəticələri olmayıb”, – vəkil deyib. 

Hüquq müdafiəçisai Zaur Əkbər hesab edir ki, Azərbaycan hökuməti readmissiya haqqında sazişdəki öhdəliklərini yerinə yetirsə də, bəzi hallarda sui-istifadə edir.  “Sui-istifadə halları odur ki, Azərbaycanın hüquq- mühafizə orqanları deportasiya olunmuş şəxsləri karantində qaldığı müddətdə sorğu-suala çəkir, dindirir. Onlara müxtəlif cür uyğun olmayan suallar verir. Onları hər hansı formadasa ələ almağa çalışırlar. Ələ ala bilmədikləri adamları isə bir qədər sonra qurama ittihamlar, məsələn narkotik maddə ittihamları ilə şərləyib həbs edirlər”, – o deyib.

Hüquq müdafiəçisi hesab edir ki, readmissiya olunan şəxslərin həbsi ilə bağlı Avropa İttifaqı və  xüsusilə, Almaniya hökuməti münasibət bildirməlidir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev Almaniyadan qayıdanlara qarşı işgəncələrlə  bağlı deyilənləri əsassız hesab edir. “Bu iddialar həqiqəti əks etdirmir. Polis qanun çərçivəsində hərəkət edir”, – o deyib.

Almaniyanın Bakıdakı səfirliyində bu ölkədən readmissiya olunmuş şəxslərin təqib edilməsilə bağlı fikirlərə münasibət bildirməyiblər. – 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button