2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hüquq müdafiəçiləri prezidentın köməkçisi ilə siyasi məhbus problemini müzakirə ediblər

Bakı/04.08.21 İyulun 30-da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Görüşdə ölkədə insan hüquqlarının durumu, qeyri-hökumət təşkilatlarının problemləri, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Turan-a bildirib ki, prezidentin köməkçisi ilə görüşdə ilk öncə QHT sektorunda problemlər diqqət mərkəzində olub.

“Biz QHT-lərin indiki çətin durumu, gələcək fəaliyyəti və donorlarla bağlı məsələləri qaldırdıq. Hacıyev bildirdi ki, QHT-lərlə və donorlarla bağlı məsələlər həllini tapacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçiləri həmçinin QHT-lərin hüquq-mühafizə orqanları ilə birgə monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsində QHT-lərin rolunun artırılması, qadınlara qarşı zorakılıqlarla və narkotiklərlə bağlı maariifləndirmə işlərinin gücləndirilməsi məsələlərini diqqətə çatdırıb.  

Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını prezidentin köməkçisinə təqdim edib.

“O, bu istiqamətdə addımlar atılacağını dedi”, deyə Cəfəroğlu qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası sədrinin müavini Vüsal Quliyev iştirak edib.  

Rəsmi qurumlar bu görüşlə bağlı hələ məlumat yaymayıb. -03B- 

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button