2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hüquq müdafiəçiləri Saleh Rüstəmlinin amnistiyaya düşməsinə çalışırlar

Bakı/01.12.21 Saleh Rüstəmlinin vəziyyəti ağır olaraq qalır, bu barədə onun vəkili Bəhruz Bayramov bildirib.

“Tibbi nəzarət var: analizlər götürülür, təzyiqi ölçülür”, – vəkil deyib.

Onun sözlərinə görə, noyabrın 30-da hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Ədliyyə Nazirliyi yanında İctimai Müşahidə Komitəsinin rəhbəri Əliməmməd Nuriyev Saleh Rüstəmliyə baş çəkiblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Hüquq müdafiəçiləri Salehdən aclığı dayandırmağı xahiş ediblər. Ancaq o imtina edib və məcburi qidalanmaya imkan verməyəcəyini bildirib”, – vəkil deyib.

Hələ ki hakimiyyət ziyalıların, qeyri-hökumət təşkilatları nümayəndələrinin,  siyasi partiya və beynəlxalq təşkilatların rəhbərlərinin Rüstəmlinin azad edilməsinə çağıran çoxsaylı müraciətlərinə reaksiya vermir.

Öz növbəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu Turan-a bildirib ki, Rüstəmli 15 kiloqram çəki itirib.

“Biz aclığın orqanizm üçün ciddi fəsadlara səbəb olacağından narahatıq”, – Cəfəroğlu deyib və qeyd edib ki, onlar artıq ölkə prezidentinə müraciət ediblər.

“Biz prezidentin köməkçisi Fuad Ələsgərovla görüşməyə və Rüstəmlinin amnistiyaya düşməsi üçün ittihamların yumşaldılmasına nail olmağa çalışırıq.

Saleh Rüstəmli ləyaqətli insandır. Biz onun və digər siyasi məhbusların azad edilməsini istəyirik ki, ölkə beynəlxalq tənqidlərə məruz qalmasın”, – Cəfəroğlu deyib.

*Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. —03Â06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button