2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hüquq müdafiəçisi Fatimə Mövlamlı ilə bağlı həyəcan təbili çaldı

Artıq 5 gündür ki, müxalifət fəalı Fatimə Mövlamlıdan xəbər yoxdur.

Bu arada hakimiyyətin nəzarətində olan bəzi internet resurslarında Fatimə Mövlamlının “əxlaqsız” olması iddiası ilə əls təbliğat aparılır. Bununla əlaqədar hüquq müdafiəçisi Oqtay Gülalıyev həyəcən təbili çalıb.

O, bildirib ki, bu gün, aprelin 5-də saat 15:00-da bu məsələ ilə əlaqədar toplantı keçiriləcək.

Oqtay Gülalıyev özünün feysbuk səhifəsində bunları yazıb:

Saytların yığılması Saytlarin yigilmasi

Dostlar, son günlər ölkədə insanlarımızın taleyi ilə ilgili çox ciddi hadisələr baş verməkdədir. 11 aprel seçkilərini saxtalaşdırmağa hazırlaşan hakimiyyət saxta, oyuncaq namizədləri vasitəsi ilə təkcə müxalifəti deyil, bütün xalqı təhqir edir. Avropada yaşayan mühacirlər cəmiyyətə düşmən kimi təqdim olunur və onlara qarşı total hücum var…

Bütün bunlar az imiş kimi 31 mart mitinqindən sonra naməlum şəkildə oğurlandığı bildirilən gənc fəal Fatimə Mövlamlıdan 5- ci gündür ki, xəbər yoxdur. Həbsdə olan jurnalistlər- siyasi məhbuslar Efqan Sadıqov və Əziz Orucovun səhhətində ciddi problemlər yaranmasına baxmayaraq onların müalicəsi aparılmır. 26 noyabr 2015- ci ildə Nardaranda evində güllə- boran edilən, 2 ildən çoxdur yataq xəstəsi olan, bədəninin yarısı iflic vəziyyətə salınan Əbülfəz Bunyadov ölüm ayağındadır. Onun müalicəsinə, qohumlarının onu yoluxmasına imkan verilmir. Adam göz görə- görə öldürülür. AXCP sədrinin müavini, səhətində ciddi problemlər olan Gozel Bayramlinin nəticəsiz məhkəmə tamaşası aylardır ki, davam edir, o yollarda qalıb. Siyasi məhbus Sahil Rzayevə işgəncə verilib “kars”-a salınır və s…

Bəs bütün baş verənləri biz görə- görə niyə susmalıyıq? Facebook- da bir- iki status yazmaqla işimizi bitmişmi hesab etməliyik? Məncə yox. Biz insanlıq adına baş verən rəzaləti, utanc olan hadisələrlə bağlı cəmiyyəti toparlamalı, ayağa qaldırmalı, insanların öz haqlarına sahib çıxmasına nail olmalıyıq.

Dostlar, Sizləri insanlarımıza qarşı həyata keçirilən mənəvi terrora “yox” demək üçün sabah (artıq bu gün- red.) saat 15.00- da toplanmağa, baş verənləri ictimaiyyətin, mətbuatın iştirakı ilə müzakirə etməyə çağırıram. Gəlin, susmayaq. Susduqca əziləcəyik!

P. S. Toplantıda iştirak etmək istəyənlər yerlə bağlı zəhmət olmasa inboxa yazsınlar və ya zəng etsinlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button