2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hüquq müdafiəçisi reanimasiyaya düşdü – Heç kimi tanımır

Yardım üçün adına hesab açılıb

Hüquq müdafiəçisi Fuad Həsənov ağır xəstələnib. O, “Demokratiya Monitoru” təşkilatının rəhbəridir.

Turan-ın xəbərinə görə, həkimlər ona əvvəlcə səhvən görmə qabiliyyəti ilə bağlı problem diaqnozunu qoyublar.

Saytların yığılması Saytlarin yigilmasi

Doğmalarının sözlərinə görə, hüquq müdafiəçisi iyunun 27-də Türkiyədə əməliyyat olunub. Amma vəziyyəti pisləşib və güclü baş ağrıları başlayıb.

İyunun 28-də yenidən əməliyyat olunub, amma bundan sonra onları tanımamağa başlayıb.

Bakıya qayıtdıqdan sonra yaddaşı müvəqqəti bərpa olunub. Həkimlər ona “dağınıq skleroz” diaqnozu qoyublar. Amma bir müddət sonra vəziyyəti yenidən pisləşib.

Hazırda Fuad Həsənovun “Avrasiya” klinikasının reanimasiya şöbəsində olduğu və əvvəlki kimi heç kimi tanımadığı söylənir.

Onun analizləri müxtəlif ölkələrə göndərilib. Doğmaları cavab gözləyirlər.

Azərbaycan Beynəlxalq Bankında hüquq müdafiəçisinə yardım məqsədi ilə hesab açılıb.

Fuad Həsənov 2003-cü ilə kimi Azərbaycan Demokrat Partiyasının (ADP) təşkilat katibinin müavini olub. Daha sonra isə QHT sektorunda çalışıb.

2001-ci ilin aprelində Azərbaycan Demokrat Partiyasının polislə razılaşdırılmamış aksiyasında Fuad Həsənovun xəsarət aldığı bildirilirdi.

Həmin hadisədən sonra, O, gözlərinin zəiflədiyini deyirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button