2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hüquqşünas: “Əhməd Məmmədlinin saxlanması müharibə əleyhdarlarına qarşı hədələyici effekt yaradan haldır”

Yayımlandı: 21 Sentyabr 2022 18:30

D18 Hərəkatı sədrinin aclıq aksiyasına başladığı bildirilir

“Əhməd Məmmədli dedi ki, o, həbs olunduğu andan aclıq aksiyasına başlayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sözləri Demokratiya 1918(D18) Hərəkatının Baş katibi Samir Sultanov Əhməd Məmmədlinin hüquqlarının müdafiəsiylə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

Sentyabrın 20-də D18 Hərəkatının sədri Əhməd Məmmədli Bakının İslam Səfərli küçəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Daha sonra o, vəkilinin iştirakı təmin edilmədən Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsilə ittiham edilib.

Samir Sultanovun sözlərinə görə, hərəkat sədrinin həbsi siyasi və sülh çıxışları ilə bağlıdır. Fəal deyib ki, Əhməd Məmmədlinin bir ay sonra azad olunması ilə onun təhsil hüquqları da pozula bilər. Çünki o, həbs olunduğu gün təhsil səfəri ilə bağlı bilet almağa gedirmiş.

D18 Hərəkatının İdarə Heyətinin üzvü Afiəddin Məmmədov Ə.Məmmədlinin həbsiylə bağlı beynəlxalq təşkilatlara – “Amnesty İnternational”, “Freedom House” və digərlərinə məlumat verdiklərini qeyd edib:

“Eyni zamanda Əhmədin qanunsuz həbsi ilə bağlı ölkədəki səfirlikləri də məlumatlandırırıq”.

“Müdafiə Xətti” insan hüquqları təşkilatının həmtəsisçisi Zəfər Əhmədov isə deyib ki, Azərbaycan Cinayət Məcəlləsinə görə, müharibəyə çağırış cinayətdir, bu baxımdan müharibəyə qarşı çıxmağın niyə cinayət hesab edilməsi anlaşılmazdır:

“Kiminsə fikri, ifadəsi sərt ola bilər, amma bu, o demək deyil ki, kimisə buna görə həbs etmək olar”.

Hüquqşunas Səməd Rəhimli isə deyib ki, Əhməd Məmmədlinin saxlanılmasıyla bağlı pozuntu, inzibati xətanın tətbiqiylə bağlı qanunsuzluq var. Həmçinin azadlıq, ədalətli məhkəmə və ifadə azadlığı hüquqları da pozulub.

“Bir məsələyə diqqət yetirmək lazımdır ki, Əhməd Məmmədlinin anti-müharibə mövqeyinə görə saxlanması Azəbaycandakı azsaylı və kifayət qədər cəsarətli müharibə əleyhdarlarına qarşı hədələyici effekt yaradan haldır”,- hüquqşunas belə deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button