Vakansiya 2021

Hüquqşünas (Bərdə Filialı üzrə) – MKT İstehsalat Kommersiya MMC

Hüquqşünas (Bərdə Filialı üzrə)

MKT-İK MMC (Pambıq müəssisəsi) Hüquqşünas vakansiyası üzrə işçi axtarır.

Vəzifə funksiyaları

1. İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
2. Məhkəmə proseslərində təmsilçilik;
3. Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
4. Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
5. Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
6. Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
7. Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
8. Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.

Tələblər

• 25-45 yaş arası;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
• Mülki, iznibati,əmək və icra , o cümlədən prosessual qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
• Dövlət orqanları ilə iş bacarığı;
• Komandada işləmək bacarığı.

İş qrafiki: 6 günlük, I – V günlər 09:00-17:00, Şənbə günü 09:00-15:00.

Müraciət qaydaları:

CV–ni Azərbaycan dilində  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (Bərdə Filialı üzrə)” yazmaqla göndərilir.

Hüquqşünas (Bərdə Filialı üzrə) – MKT İstehsalat Kommersiya MMC vakansiyası üçün işverənin email ünvanını öyrənmək üçün




24saat.org@gmail.com elektron ünvanına VAKANSİYA ADINI yazıb yollayın.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button