2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hüquqşünas Bahar Muradovanı pərt etdi

Fərid Ələkbərov: “Hüquq təhsilli deputatın BMT, Azərbaycan hökuməti, prokurorluq və polis orqanları ola-ola vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə təhrik etməsi sadəcə nonsensdir”

“Azərbaycanın Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir ”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri, parlamentin sədr müavini Bahar Muradova deyib.

Saytların yığılması Saytlarin yigilmasi

B. Muradova bildirib ki, aprel ayının əvvəlində baş verən döyüşlərdən sonra əsgərlərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi üzə çıxıb: “Bu, bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləmizə əlavə edilməlidir. Cinayət Məcəlləsinə bu dəyişikliklərin hazırlanması ilə məhz bizim komitə məşğul ola bilər”.

B. Muradova qeyd edib ki, ötən həftə Milli Məclisdə Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmə zamanı Cinayət Məcəlləsində başqa boşluqların olduğu da üzə çıxıb: “Son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi. Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram”.

Hüquqşünas, hazırda Avropada yaşayan Fərid Ələkbərov millət vəkilinin fikirlərinə münasibət bildirib. Facebook-dakı “Hüquqşünaslar” qrupunda bu barədə yazan Fərid Ələkbərov Bahar Muradovanın Cinayət Məcəlləsindəki maddələrdən xəbərsiz olduğunu üzə çıxarıb:

Bahar Muradova deyəsən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddəsindən xəbərsizdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsindən müvafiq çıxarış:

Maddə 245. Qəbir üzərində təhqiredici hərəkət

Qəbir və ya meyit üzərində təhqiredici hərəkət—

iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
A.R. Cinayət Məcəlləsinin 245-ci maddəsinə dair cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən aparılır.

Bahar Muradova deyəsən DİN adında mərkəzi icra hakimiyyəti funksiyalarını yerinə yetirən inzibati orqanın mövcudluğundan da bixəbərdir.

Eyni zamanda, Bahar Muradova deyəsən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddəsindən də xəbərsizdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsindən müvafiq çıxarış:

Maddə 116. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma

116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:

116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;

A.R. Cinayət Məcəlləsinin 116-cı maddəsində göstərilən cinayət müharibə cinayəti hesab edilir. A.R. Cinayət Prosessual Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, müharibə cinayətlərinə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır. Maraqlıdır niyə Bahar Muradova bu məsələni Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin yadına salmır?»
Hüquqşünas deyir ki, hüquq təhsilli deputatın vətəndaşları birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə “aidiyyəti” üzrə müraciət etməyə təhrik etməsinə dair məntiqi izah vermək də artıq çətindir:

«Azərbaycan hökuməti qadağan edilmiş silahların Ermənistan tərəfindən hərbi münaqişə zamanı tətbiq edilməsi faktları ilə bağlı Birləşmiş Millətlər Təşkilatını yazılı olaraq məlumatlandırıb müvafiq araşdırmanın başlanılmasını tələb edə bilər. Buna dair hətta müvafiq presedent də mövcuddur. BMT 2009-cu ildə İsrail tərəfindən məlum silahlı münaqişə zamanı fosfor bombalarından istifadə edilməsini müvafiq araşdırmanın nəticəsi olaraq öz hesabatında qeyd etmişdi. Bahar Muradovanın Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan hökuməti, prokurorluq və polis orqanları ola-ola vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə təhrik etməsi sadəcə nonsensdir. Bir sözlə, hüquq diplomlarını “möhürləməklə” iş bitmir».

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button