2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hüseyn Abdullayev: “Həbsimin səbəbi guya Əli Kərimliyə…”

“Həbsimin əsas səbəbi mənim guya Avropada yaşayan mühacirlərə, o cümlədən, (AXCP sədri) Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir. Onlar fikir formalaşdırıblar ki, guya xaricdəki mühacirləri qabağa verib, kiminsə ailə üzvlərinin ünvanına nalayiq sözlər səsləndirmişəm. Məndən bunun qisasını alırlar”, – hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev ictimaiyyətə müraciətində yazır.

Onun müraciətini yaxınları təqdim edib. Sabiq deputatın fikrincə, bu iddianın da kökündə onun Almaniyada olarkən sosial şəbəkələrdə paylaşdığı tənqidi fikirləri, 2013-cü ildə yazdığı “Susma” mahnısıdır: “Təsadüf deyil ki, həmin mahnı 2013-cü il iyulun 6-da Youtube-a qoyulandan bir gün sonra haqqımda cinayət işi başlandı, məni saxta iddialarla ittiham etdilər”.

Saytların yığılması Saytlarin yigilmasi

H.Abdullayev vurğulayır ki, onu Bakı İstintaq Təcridxanasında 23 ay kamerada tək saxlayıblar. Bu müddətdə ailə üzvləriylə telefon danışığına, görüşlərinə də imkan verilməyib.

Sabiq deputat keçmiş vəkillərini də suçlayır. Deyir ki, onlar bütün bu baş verənləri bildikləri halda susublar, lazım olan addımları atmayıblar. H.Abdullayev AXCP sədri Ə.Kərimli ilə əlaqəsi olmadığını vurğulayır.

AXCP mətbuat xidmətindən bildirilib ki, partiya sədri Ə.Kərimlinin keçmiş deputat H.Abdullayevlə heç bir əlaqəsi olmayıb: “Onun partiyaya maliyyə yardımı ilə bağlı iddia varsa da, tamamilə uydurma, cəfəngiyatdır”.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button