2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hüseyn Abdullayev: Növbədənkənar seçkiyə zərurət yox idi

”İki aya seçkiyə hazırlaşmaq fiziki cəhətdən qeyri-mümkündür”

“Həm o (prezident İlham Əliyev nəzərdə tutulur – müəllif), həm də onun kriminal ətrafı fərqindədir ki, ölkədə inqilabi şərait yetişib və günü gündən daha da dərinləşməkdə olan iqtisadi böhran sosial partlayışla nəticələnə bilər”.

Meydan TV xəbər verir ki, bunu hazırda mühacirətdə yaşayan, sabiq deputat Hüseyn Abdullayev öz bloqunda, fevralın 5-də İlham Əliyevin sərəncam verərək, Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisini təyin etməsinə münasibət bildirərkən yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Seçkiyə qatılacağını ötən ilin oktyabrında bəyan edən Hüseyn Abdullayev yazıb ki, heç bir zərurət olmadığı halda seçkiləri oktyabr ayından aprelə keçirməkdə əsas məqsəd namizədlərə əngəl törətmək və onların bu seçkidə iştirakını mümkünsüz etməkdir.

“Faktiki olaraq, namizədə ayrılan 2 ay müddətində nə imza toplamaq, nə də lazımi təbliğatı aparmaq qeyri-mümkündür. Hətta fiziki cəhətdən də bu mümkünsüzdür. Lakin bu qətiyyən o anlama gəlməsin ki, biz ruhdan düşməliyik və ümidsizliyə qapanıb öz mübarizəmizi dayandırmalıyıq. Tam əksinə biz bu hakimiyyətin acığına daha da prinsipial, daha da yorulmaz müqavimətimizi göstərib, quldur rejiminin sonuna çıxmalıyıq”.

H.Abdullayev daha sonra yazıb: “Ümid edirəm ki, diktatorun bu qərarı Azərbaycan xalqının qəti addım atmasına və “yetər, belə yaşamaq olmaz!” deməsinə təkan verəcək. Qeyri-legitim prezidentə dur deməyin vaxtıdır. Əgər bizlər tezliklə meydanlara toplaşmasaq və milli birliyimizi ortaya qoyub, hazırki iqtidarı dəyişməsək, heç bir azad, şəffaf və demokratik seçkilərin keçirilməsinə nail olmayacağıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button