2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hüseyn Abdullayev təhlükə altında olduğunu deyir

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Almaniyanın Azərbaycandakı səfirliyinə və ölkədəki diplomatik korpusa müraciət edib. O, müraciətində həyatının təhlükə altında olduğunu vurğulayıb.

Aclıq aksiyasından sonra sabiq deputatın səhhətində problemlər yarandığına görə o, aprelin 27-də saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Abdullayev hazırda da orada saxlanılır. Lakin o, lazımi müalicə almadığını iddia edir.

“Burada heç bir müalicə aparılmır. Məni bağlı otaqda saxlayırlar, gəzintiyə buraxmırlar. Təxribata çəkməyə çalışırlar. Birmənalı olaraq, ölümümə qərar verilib. Ola bilsin ki, məni öldürüb, sonra desinlər ki, guya, özümə qəsd etmişəm”, – Abdullayev diplomatik korpusa müraciətində yazır.

Almaniya səfirliyinə vəkilləri və anası vasitəsilə dəfələrlə müraciət etdiyini bildirən sabiq deputat qarşı tərəfin münasibətindən məyus olduğunu vurğulayıb.

O istəyir ki, Almaniya və digər Avropa ölkələrinin hökumətləri Azərbaycan iqtidarından BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupunun onunla bağlı qərarının icrasını tələb etsin.

Bu qurumun qərarında Abdullayevin həbsinin əsassız olduğu qeyd olunub, onun azadlığa buraxılması istənilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bundan öncə AzadlıqRadiosu-na açıqlamalarında məhbusların təhlükəsizliyi və sağlamlığıyla bağlı məsələyə həssas yanaşdıqlarını bildirib:

“Məhbusların sağlamlığı, təhlükəsizliyi Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Bunun üçün lazım olan bütün tədbirlər görülür. Məhbuslar arasında ayrı-seçkilik qoyulmadan onların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur”.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bu olaydan sonra Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

Həm də musiqi bəstələyən Abdullayevin 2013-cü ildə “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

24 saat” “Hüseyn Abdullayev təhlükə altında olduğunu deyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button