Now Reading:
Hüseynqulu Bağırovdan Leyla Əliyevanın 1.5 milyonluq kampaniyasına “yaşıl terror” – Faktlar/Video

Hüseynqulu Bağırovdan Leyla Əliyevanın 1.5 milyonluq kampaniyasına “yaşıl terror” – Faktlar/Video

İl 2015. 30 may. 2014-cü ilin noyabrında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Ümumrespublika Yaşıl Marafon” layihəsinə sözügedən tarixdə yekun vurulur.

Anaxeber.az xatırladır ki, bununla da prezidentin övladı, Heydər Əliyev Fondunun vitse-prezidentinin kampaniyası ölkə ərazisində 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilməsi ilə müşayiət olunur.

L.Əliyevanın belə müqəddəs təşəbbüsü, ekologiyaya, gələcəyimizə, uşaqlarımızın ağciyərlərinə oksigen xidməti daşıyan bu kampaniyası böyük rəğbətlə qarşılanır.
Axı mərhum prezident Heydər Əliyev də demişdi ki, ağac kəsmək onun qollarını kəsməkdir.
Ən əsası bu gün dünya yaşıllaşır, Avropa, Amerika yeni-yeni meşəliklər salır. Siz Almaniyada, Belçikada döşəməsi mərmərdən, metlaxdan, tametdən ibarət parklar görə bilməzsiniz.

Hər yan meşəlik, yaşıllıq, otluqdur. Ona görə də L.Əliyevanın təşəbbüsü ilə 2015-ci ilin mayınadək 1.5. milyon ağac əkilməsi çox ciddi hadisə idi.
İl 2017. noyabr. Artıq 2018-ci ilə sayılı günlər qalır. Azərbaycanın isə dörd bir yanında ağaclar kəsilir, yaşıllıqlar məhv edilir, meşəliklərə genosid edilir.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.