2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hüseynqulu Bağırov jurnalistin həbsini tələb edir

‘Bizi ağır cəzalandırmaqla, başqalarının da gözünü qorxutmaq istəyirlər”

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov barəsində yayımlanmış yazılara görə anaxeber.info saytını məhkəməyə verib. Nazir məhkəməyə xüsusi ittiham qaydasında müraciət edərək saytın baş redaktoru Azər Talıbovun həbsini tələb edib. 24saat.org xəbər verir ki, bu barədə Meydan TV-yə  Azər Talıbov məlumat verib. O deyib ki, 2018-ci ilin oktyabrında anaxeber.info saytında Qərbi Kaspi Universitetinin təsisçisi olan eks nazirlə bağlı iki məqalə dərc edilib. Həmin yazılar bir qrup müəllimin müraciəti əsasında hazırlanıb.

“Onlar həmin universitetin keçmiş müəllimləri idilər. Əmək haqları və məzuniyyət pullarını ala bilmədiklərini iddia edirdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, məhkəməyə də müraciət etmişdilər. Onların iddiaları ilə bağlı yazılan yazıya görə H.Bağırov bizi xüsusi ittiham qaydasında məhkəməyə verib”, – A.Talıbov bildirib.

Sabiq nazir jurnalistin qeydiyyat yerinə uyğun olaraq Bərdə Rayon Məhkəməsinə üz tutub. Məhkəmədən A.Talıbovun Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə məsuliyyətə cəlb olunması tələb olunur. Rayon məhkəməsi artıq şikayəti icraata da götürüb. Məhkəmə iclası yanvarın 8-də olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

“Eyniməzmunlu yazıları əksər media orqanları yayıb. H.Bağırov bizi ağır cəzalandırmaqla, başqalarının da gözünü qorxutmaq istəyir” – deyən, jurnalist şikayəti əsassız saydıqlarını söyləyir.

Anaxeber.info saytı gündəlik ictimai-siyasi məzmunlu xəbərlər yayan resursdur. 2018-ci ilin avqustundan həmin sayta Azərbaycan daxilindən giriş blok edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi həmin vaxt anaxeber.info-nun bir neçə başqa saytla bərabər ictimai rəyi çaşdıran xəbərlər yaydığını əsas gətirərək Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Saytın bloklanması istənilən həmin müraciəti məhkəmə təmin etmişdi.

Saytı məhkəməyə verən H.Bağırov barəsindəki məqalələr sayt bloklanandan 2 ay sonra yerləşdirilib.

H.Bağırov uzun illər Azərbaycanın ekologiya və təbii sərvətlər naziri olub. Onu 2018-ci ildə başqası əvəz edib.

Bu yaxınlarda yerli media H.Bağırovun xaricdəki şirkətləri ilə bağlı silsilə xəbərlər yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button