2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İ.Əliyev Ermənistanla sülh müqaviləsi , sülhməramlılar, Minsk qrupu və Zəngəzur dəhlizi haqqında

 

   Bakı/12.01.22 Prezident İlham Əliyev yanvarın 12-də Azərbaycanın  televiziya kanallarına müsahibə verib və orada bir sıra mühüm siyasi və iqtisadi məsələlərə toxunub.

   Ermənistan hakimiyyətinin sülh danışıqlarında dəqiq mövqeyi yoxdur. Ermənistan əvvəlcə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflərə birmənalı cavab verə bilmədi.  “Biz bir-birimizin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təklif etdik, eləcədə sərhədlərin delimitasiyasını başlamaq, kommunikasiyaları açmaq və sülh müqaviləsi imzalamaq.

Saytların yığılması Saytlarin yigilmasi

  Sülh müqaviləsi 100% zəmanət vermir, lakin yeni müharibə riskini minimuma endirir. Eyni zamanda istənilən sülh müqaviləsi Ermənistan üçün sadəcə bir kağız parçası da ola bilər”, – Əliyev bildirib.

    Zəngəzur dəhlizi mövzusuna toxunan Əliyev qeyd edib ki, bura onun babasının doğulduğu yerdir. “Ermənilərin etnik təmizləmə aparması zamanı onun ailəsi Naxçıvana köçmək məcburiyyətində qalıb”.

   Erməni tərəfi Zəngəzur dəhlizi məssələsində canfəşanlıq edir. Lakin bu layihənin hava hissəsi artıq həyata keçirilib və sərnişin təyyarələri artıq Ermənistan ərazisindən keçməklə Naxçıvana uçur.

   “Biz Ermənistandan icazə istəməmişik, bu bizim hüququmuzdur və bu, beynəlxalq dəhlizdir”, – o əlavə edib.

   Bu dəhliz dəmir yolu və avtomobil yolunun da olmasını nəzərdə tutur və gələcəkdə ordan elektrik xətti və qaz xətti çəkiləcək. “Bir qolu Qafandan, ikincini Meğridən, digərini isə Sisiandan çəkmək olar”, – Əliyev deyib. Onun sözlərinə görə, Ermənistan bunun əleyhinə olub və bu gün bu layihəyə mane olan qüvvələr var. Lakin bu məsələ ilə üçtərəfli komissiya məşğul olur və “Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, ilboyu fəaliyyət göstərəcək ən qısa marşrut olmalıdır”, – Əliyev bildirib.

   Eyni zamanda o, Ermənistanın indiki hakimiyyətlərinə güclü etibar etmədiyini açıq  ifadə edib. “Bu hakimiyyət öz hərəkətləri və bəyanatları ilə müharibəyə səbəb olub”, – Əliyev vurğulayıb. O, sərhəddəki son gərginliyin İrəvanın sülh prosesini pozmaq və KTMT-ni münaqişəyə cəlb etmək istəyi ilə bağlı olduğunu istisna etməyib. “Azərbaycana üçüncü müharibə lazım deyil, amma hər hansı təhlükə yaranarsa, o dərhal məhv ediləcək”.

  Qarabağdakı vəziyyətə toxunan Əliyev bildirib ki, hazırda orada 27 min adam yaşayır. Çoxları gedir. Rusiya sülhməramlıları gedənləri saxlamaq üçün addımlar atır.

  Bundan əlavə, sülhməramlılar əcnəbiləri Qarabağa buraxırlar. Məsələn, Fransa prezidentliyinə namizəd Valeri Pekres. Bakının iddialarına cavab olaraq sülhməramlılar əcnəbilərin səfərindən xəbərsiz olduqlarını bildirirlər.

 Əliyev deyib və qeyd edib ki, bu, inandırıcı deyil: “Bu hallardan başqa, sülhməramlıların fəaliyyətindən razıyıq”, – Əliyev deyib.

  Belə səfərlər Azərbaycan və Fransa münasibətlərinə mənfi təsir göstərir. “Valeri Pekresin ora gəldiyini bilsəydik, onları Laçın dəhlizində saxlayardıq”, – Əliyev deyib.

Bununla belə, Azərbaycan hər dəfə Rusiya tərəfinə öz narazılığını bildirir, o əlavə edib.

Əliyev qeyd edib ki, 2021-ci ildə Azərbaycanla Rusiya arasında münasibətlər daha da yüksək səviyyəyə yüksəlib, buna konkret nəyin səbəb olduğunu açıqlamayıb.

Əliyev ATƏT-in Minsk Qrupunun rolu ilə bağlı suala cavabında bildirib ki, Qarabağ münaqişəsi həll olunduğu üçün buna artıq ehtiyac yoxdur. “Biz onlara bunu etməyə imkan verməyəcəyik”, – Əliyev qəti şəkildə dedi. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button