2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İ.Əliyev “Pandora sənədləri”ndəki materialları təkzib edib

Bakı/13.10.21 Azərbaycan prezidenti İlham Əliyev “Pandora sənədləri”ndəki korrupsiya haqqında materialları təkzib edib. İtaliyanın La Repubblica qəzetinə müsahibəsində o bildirib ki, bu materialların cəmi 5 faizi həqiqətdir. O qeyd edib ki, prezident seçildikdən sonra öz biznesini ailəsinə ötürüb.

“Mən on səkkiz ildir prezidentəm. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm”, deyə o qeyd edib.

Əliyevin sözlərinə görə, onun uşaqları biznesi uğurla davam etdirirlər. “Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”, deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) oktyabrın 3-də 11.9 milyona yaxın sənəddən bir sıra dünya liderlərinin offşor hesabları haqqında “Pandora sənədləri” adlanan çıxarışlar dərc edib. Azərbaycan prezidenti ilə bağlı sənədlərdə onun xaricdə 700 milyon dollarlıq daşınmaz əmlak aldığı deyilir. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button