2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlandı

2018-2019-cu tədris ili üçün I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlayacaq. Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi prinsipi əsasında aparılır. Bu isə paytaxtın təxminən 15 faiz məktəbini əhatə edir. Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində I sinfə qəbul prosesində ərazi prinsipi tətbiq olunmur.

2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 50 000-dən çox uşağın qəbulu gözlənilir.
Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.

Saytların yığılması Saytlarin yigilmasi

2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button