2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İbrahim Rəisi: Tehran nüvə danışıqlarına hazırdır

İranın yeni prezidenti İbrahim Rəisi Tehranın üzərindəki bütün ABŞ sanksiyalarının qaldırılması ilə nəticələnəcək 2015-ci il nüvə sazişinin dirçəldilməsini istədiyini bildirib.

Sentybarın 21-də BMT Baş Assambleyasında çıxış edən Rəisi deyib ki, “İslam Respublikası son nəticədə onun üzərindən əzici sanksiyaların qaldırılması ilə nəticələnəcək faydalı danışıqlar istəyir”.

İran bu il Vyanada keçirilən danışıqların 6 dövrəsində iştirak edib. Bu danışıqlardan məqsəd 2015-ci il nüvə sazişinin yenidən dirçəldilməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş prezident Donald Tramp 2018-ci ilin mayında ölkəsini bu sazişdən çıxarıb. Bunun ardınca İranın üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Vyana danışıqları bu ilin iyununda mühafizəkar Rəisi prezident seçkisində qalib gələndən sonra dayandırılıb.

Bundan əvvəl BMT-də çıxış edən ABŞ prezidenti Co Bayden deyib ki, Vaşinqton nüvə sazişinə qayıtmaq istərdi, lakin bunun üçün Tehranın həmin saziş üzrə öhdəliklərinə qayıtması lazımdır.

ABŞ sanksiyaları bərpa olunduqdan sonra Tehran sözü gedən sazişin öhdəliklərindən tədricən geri çəkilib.

Danışıqlar “tezliklə” bərpa olunacaq

Rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişi habelə Çin, Rusiya, Almaniya, Fransa və Britaniya tərəfindən imzalanıb.

Sentyabrın 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, Vyana danışıqları “tezliklə qarşıdan gələn həftələrdə” davam edəcək.

O əlavə etmişdi ki, hər bir danışıq dövrəsi xüsusi gündəlik tərtibini və hazırlığını tələb edir.

Vyana danışıqlarında Avropa İttifaqını təmsil edən xarici siyasət komissarı Josep Borrell sentyabrın 20-də deyib ki, tezliklə İranın yeni xarici işlər naziri Hüseyn Əmir-Abullahianla görüşəcək.

Borrel deyib ki, İrandakı seçkilərə görə rəsmi Tehran danışıqlara bir qədər ara verilməsini rica etmişdi.

Cənab Borrell əlavə edib ki, artıq danışıqlara tezliklə başlamaq mümkün olacaq.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button