2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İcbari tibbi sığortaya görə ödəniş məbləği nə qədərdir?

ADR sədri, ıqtisadçı alim Qubad İbadoğlu

Bu ildən 4 mərhələdə müxtəlif rayonlar üzrə fərqli müddətlərdə tətbiq olunacaq icbari tibbi sığortaya görə ödənişlər də 4 kateqoriyaya bölünür.
1) Dövlət və neft sektorunda işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Məsələn, dövlət və neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 20 manat ödəniləcək ki, onun da 10 manatı işçinin maaşından, 10 manatı isə işəgötürənin hesabından çıxılacaq.
2) Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. Məsələn, qeyr-dövlət və qeyri-neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 10 manat ödəniləcək ki, onun da 5 manatı işçinin maaşından, 5 manatı isə işəgötürənin hesabından çıxılacaq.
3) Sahibkarlıq faəliyyəti ilə məşğul olan fiizki şəxslərə gəlincə, onların mövcud qanunvericiliyə əsasən icbari tibbi sığorta ayırmalarının məbləği minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir. Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğuna görə müvafiq olaraq icbari tibbi sığorta ayırmalarının aylıq məbləği 10 manat təşkil edəcək.
4) Mülki hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslərin tibbi sığorta fonduna aylıq ödənişi onların imzaladığı mülki hüquqi müqavilələr əsasında gördüyü işlər (xidmətlər) dövriyyəsinin 2 faizinə bərabər olacaq. Belə ki, müqavilə dəyəri 1000 manat olduğu halda aylıq ödəniş 20 manat, 1500 manat olduğu halda aylıq ödəniş 30 manat olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button