2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İçmə, Qardaş, Çəkmə, Bacı! Öldürmə, Nə Olar!

Fimar Asimqızı

Narkomana qız verməzlər. Qız narkotik çəkməz. Ən az çəkili narkotik bükümü müxalifətçinin cibindən çıxar, ən çox cəza ona verilər. Narkoman narkotik əkməz. Narkotik əkən onu satıb ev tikər, maşın alar. Narkotik əkəni, İrandan nəşə gətirib satanı tutduran ələ keçirdiyi malı satdırıb milyardçı olar, vəzifə satın alar. Narkotiki meşədə əkərlər, həyətdə də olar, evin damında, gül dibçəyində də. Salyanda, Hacıqabulda, Astarada, Şəkidə-harda əksən bitər. Xankəndində belə. Hətta Maştağada da. Maştağa təsərrüfatına yekkkə nazir qardaşı krışalıq edər. O narkotik istər İrandan gələr, istər Turandan, Papanindən, Sovetskidən, Kubinkadan, istərsə Maştağadan-ilişdinmi, yaxanı buraxmaz. Əvvəl pulunu alar, sonra abırını-həyanı, əxlaqını-ləyaqətini, ailəni, valideynin, övladın qürurunu, güvənini, sonda ölümdən savayı heç nəyə gümanı gəlməyən canını. Pulu olan gec ölər, olmayan tez. Narkoman-yəni narkotikdən istifadəni xəstəlik səviyyəsində canında daşıyan o xəstəlikdən qurtulmağa çalışırsa, çabalayırsa, ölməsin gərək. Bəlkələrə sığınıb uzaqda ilğım kimi görünən işartıya doğru addım atmaq istəyənə Tanrı möhlət versin heç olmasa.

Saytların yığılması Saytlarin yigilmasi

Yandılar. Yanıb öldülər. Çıtır-çıtır. Çıtır-çıtır yanan taxta qurulunun içində insanlarımız çıtır-çıtır yanıb kömürə döndülər. O kömürdən hansı iy gəlir görən, Allah göstərməsin. Göstərdi. Narkoloji mərkəz deyirlər adına, taxta-şalbandan mərkəzmi olar? İt günündəydi, yanasıydı elə. Kaş insanları yandırmayaydı. Son illər nə qədər xəstəxana, tibb mərkəzləri tikilib. Hətta ucqar kəndlərdə belə taxtadan quraşdırılmış tibb məntəqəsi yoxdur. Narkomana xəstə kimi baxmayıblar demək. Onları qışlıq odun yığılası yerdə saxlayıblar, “toyuq hinində” yatızdırıblar, “anbarda” “müalicə ediblər”. Narkoloji mərkəz ömürlük cəzaçəkmə müəssisəsi, sürgünlük yer olub kimlərinsə düşüncəsinə görə. Tunelin qəbir olan sonu. Narkoman insan deyilmiş, demə. İntihar edənləri qınayırıq, anlamaq istəmirik. Bunlar ki ölmək istəmirdilər. Yuxudan oyanmamaq üçün yatmamışdılar ey…

Bunlar işin bir tərəfi. Gələk hələ ki müalicəsi mümkünsüz görünən o biri tərəfə. Bizlərin, bəlkə başqalarının da qəribə həyat tərzimiz, baxışımız var-bütün çatışmazlıqları, yaramazlıqları hər kəsdən gizlətməyə çalışırıq. Qıraqdan baxan bizi mütləq yaxşı tərəfdən görməlidir. Evimiz, maşınımız, diplomumuz, pulumuz, oğlumuz, qızımız, qardaşımız, əmoğlumuz, dayıqızımız… qaynatamız, hələ qaynanamız… Onların arasında oğrusu, dələduzu, əxlaqsızı, homoseksualı, narkomanı, alkaşı varsa gizlədərik, bacarsaq uzaq durarıq. Saxtayıq.

Nazir müavininin nəvəsinın, icra başçısının oğlunun pis əməlini dildən-dilə salan bizlər özümüzə gələndə susa bildikcə susarıq. Bir az qabaq Spacedə bu gün Narkoloji Mərkəzdəki yanğında ölən 25 nəfərin yaxınlarını danışdırırdılar. O 25 nəfərin ailəiçindən kimsə ortaya çıxmadı, danışmadı. Dost, qonşu, dayoğlu… bir köynək uzaq olanlar, üçüncü, beşinci dərəcəlilər. Biri konkret söz demədi. Ərindən, oğlundan, atasından nigaran qalan efirə çıxmağa ar elədi. Görərlər, tanıyarlar, bilərlər…bizə qız verməzlər, bizdən qız almazlar, qonşuluqda salamı kəsərlər. Qınanmaqdan qorxdular. Qınanmaqdan qorxub əzizinə yiyə çıxmamaqmı olar. Nədən. İnsanlıq halı bu. Həyatda hər şey olur. Insan doğmasının ayıbından utanar, gözünü qaçırar, amma ondan imtina etməsin gərək. Xəstələrimizi həkimlərin və Allahın ümidinə buraxmayaq. İnsanımıza doğmamıza olduğumuz qədər yaxın olaq. Bəlkə sonucu badədən, sonuncu iynədən, sonuncu əclaflıqdan çəkindirə bildik. Bəlkə insanımızı insanlıq halına döndürə bildik. Bəlkə odu söndürüb külü ilə oynamağı tərgitdirə bildik.

P.S.

Martın 2-si Elmarın günü olmaqdan çıxır deyəsən.

“Femida-007” –Eyyub Kərimova Allah rəhmət eləsin. Heyif…

Nazir Ramil Usubovun anasına da. Sağmış…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button