2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İcra başçısı evində bənnalıq etdi — FOTOLAR

“İşdən sonra evimin hasarlarını özüm hörürəm, malalayıram, həyətdə işləyirəm. Bu mənim zəhmətə alışmağımın, sadəliyimin göstəricisidir. Hesab edirəm ki, hər bir insan da belə olmalıdır”.
“Ölkə.Az”-ın məlumatına görə, bu fikirləri Lahıcda jurnalistlərlə söhbəti zamanı İsmayıllı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mirdamət Sadıqov bildirib.

İcra başçısı ata yurdu olan Lahıcda evinin olduğunu söyləyib:

“Gördüyünüz bu ev mənim ata evimdir. Mən bu evi dövlətə bağışlamışam. İndi bu ev “Lahıc Alimləri və Ziyalıları Evi” kimi fəaliyyət göstərir. Mən Moskvada, daha sonra isə İtaliyada təhsil almışam. Ona görə də demokratik dəyərləri yaxşı bilirəm. Bizim Lahıc camaatı elə qədimdən demokrat olub. Burada heç zaman milis, polis olmayıb. Sadəcə olaraq ağsaqqal var idi və o, nə deyirdisə elə də hərəkət edirdik. İsmayıllı rayonu isə başqadır. Burada 8-dən çox millət yaşayır. Ona gör də elə optimal variant tapmalısan ki, hamıya bərabər olasan. Buranın 4-cü icra başçısıyam”.

Saytların yığılması Saytlarin yigilmasi


İcra başçısının Lahıc kəndindəki ata evi
Mirdamət Sadıqov deyib ki, insan sadə olmalıdır:

“İnsana geyindiyi paltara görə hörmət etmirlər. Həyat tərzinə, insanlarla davranışına görə hörmət edirlər. Kim vəzifədədirsə, daha da sadə olmalıdır. Cənab Prezident də çıxışlarında bu məsələyə tez-tez toxunur. Universitetin rektoru işləyirdim, məsləhət oldu ki, bura icra başçısı gəldim. Rektor kimi müəllimlərlə, tələbələrlə danışmaq başqadır, icra başçısı olaraq sadə peşə adamları, ehtiyacı olan insanlarla ünsiyyət qurmaq isə tamamilə ayrı təcrübə tələb edir. Belə də olmalıdır. Yəni hər bir adam öz yerində rahat olmalıdır. Mən şəxsən bütün işlərimi özüm görürəm. Camaat da bazara gedir, mən də özüm bazarlığımı edirəm. Odunumu da özüm doğrayıram, digər işləri də özüm görürəm. Qonşum da görür ki, mənim onlardan heç bir fərqim yoxdur. Bax, münasibətlər bu cür olmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button