Now Reading:
İcra başçısı həbs olundu

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov məhkəmənin qərarı ilə həbs olunub.

24saat.org  unikal.org-a istinadən xəbər verir ki, qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb edib. Lakin hakim onun tələbini qəbul etməyib. İş üzrə ilkin məhkəmə iclası avqustun 6-na təyin olunub.
Qeyd edək ki, o bugünkü məhkəmədə özünə bəraət qazandırmağa çalışaraq, polis akademiyasını bitirdiyini və qanunun onun üçün birinci yerdə olduğunu söyləyib:

“Saxlanılmağım məni təəccübləndirib. İstintaqla əməkdaşlıq edirəm. Mən Marneulidə qanun çərçivəsində işləmişəm”.
Xatırladaq ki, T. Abazov ötən gün Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. İrəli sürülmüş ittihama əsasən onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.