2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İcra başçısı keçmiş komandanı pərən-pərən salıb

Aqil Nəzərli bütün kresloları yenidən bölüşdürür

Laçın Rayon İcra Hakimiyyətinin (LRİH) yeni təyin edilən başçısı Aqil Nəzərli ilə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, bəlli bir müddət icra hakimiyyəti daxilində heç bir dəyişiklik etməyən və sadəcə seyrçi mövqedən çıxış edən icra başçısı bütün komandanı pərən-pərən salıb:
“A.Nəzərli bütün müavin və şöbə müdirləri ilə yanaşı, icra hakimiyyətində çalışan texniki işçiləri belə təşvişə salacaq qərara imza atıb. Belə ki, bütün sistemi yeniləcəyini və vəzifələri yenidən bölüşdürəcəyini bildirən icra başçısı, hər kəsi “layiq olduğu” vəzifəyə qoyacağını, layiq olmayanların isə vəzifədən uzaqlaşdırılacağını bildirib.
A.Nəzərli bütün komandaya tutduğu vəzifəyə layiqliyini sübut etmək üçün müddət də qoyub. Belə ki, LRİH-də çalışan şəxslər bir ay ərzində tutduqları posta layiq olduqlarını sübut etməlidirlər”.
Mənbənin sözlərinə görə, A.Nəzərlinin “vəzifə layiqliyinin sübutu” kimi işçilərdən nə və ya nələr umduğu hələlik məlum deyil. Yeganə bəlli olan odur ki, icra başçısının bu tələbi kollektivə yaxşı heç nə vəd etmir. A.Nəzərlinin adi texniki işçiləri də hədəf alması göstərir ki, təbəddülatların heç vaxt əskik olmadığı LRİH yeni təbəddülatlar və qarşıdurmalar ərəfəsindədir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button