İcra başçısı Mehdi Səlimzadənin kreslosu "zəbt" edildi - FOTOLAR - 24 saat xəbərlər
Now Reading:
İcra başçısı Mehdi Səlimzadənin kreslosu “zəbt” edildi – FOTOLAR
Full Article 1 minutes read

İcra başçısı Mehdi Səlimzadənin kreslosu “zəbt” edildi – FOTOLAR

“Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ölkə Prezidenti tərəfindən ona həvalə edilən icra başçısı otağını və kreslonu karvansaraya döndərib”.

Az24saat.org xəbər verir ki, bunu jurnalist Peyman Sadıqov yazıb. O bildirir ki, kim gəldi bu otağa girə və prezidentin yerdəki nümayəndəsinin kreslosunda otura bilər: “Elə fotolardan da göründüyü kimi Göyçay İcra Hakimiyyətinin başçısı kreslosunda qardaşı oğlu, sürücü Toğrul Səlim oğlu Səlimzadə oturaraq müxtəlif pozlarda fotolar çəkdirir.

Hələ biz başçısının otağını hər gün təmizləyən süpürgəçinin də fotolar çəkib-çəkmədiyini bilmirik. Olsa da, buna təəccüb etmərik. Çünki bir icra başçısı ona həvalə olunan kreslosunda kim gəldi otuzdurursa, deməli o kresloda urvat qalmayıb.

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu həm də sürücüsu olan Toğrul Səlimzadəyə belə bir səlahiyyət veribsə, onu əvəz etməsi üçün bunu deyə bilmərik.

Amma bildiyimiz budur ki, bu rayona tez-tez dövlətin və hökumətin müxtəlif yüksək vəzifəliləri səfər edirlər, onlar belə başçıya hörmətsizlik edib, o kresloda oturmurlar.

Görünür Mehdi Səlimzadəyə bu boyda rayonu etibar etmək düzgün olmayıb. Çünki, ona öz qardaşı oğlu, adi sürücü belə hörmət qoymur və onun kreslosunda oturur.
Əlavə nəsə yazmağa nə hacət, fotolar hər şeyi deyir:

 

Input your search keywords and press Enter.