Loading...
Loading...
ÖLKƏ

İcra başçısı müavininin arvadı özünü asdı – Qəbələdə şok hadisə – Savash.org



Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib.

Savash.org xəbər verir ki, məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.

Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.

”Qaynar” dəqiqləşdirmə üçün Qəbələ rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirdi ki, biz də məlumatdan oxumuşuq, doğru olub-olmadığını bilmirik. Arif Allahverdiyevin nömrəsini istədikdə isə telefon dəstəyini asıb.

Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.





Savash.org

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button