2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

İcra başçısı şəhid ailəsini təhqir etdi

Şirvan şəhərinin icra başçısı Mərdan Camalov şəhid ailəsi Bahar Əliyevanı təhqir edib.

Bu barədə 24saat.org saytına Bahar Əliyevanın özü məlumat verib. Bahar xanım bildirib ki, o, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı icra başçısına müraciət edib.

“Evdə soyuqdan qırılırıq. Şəraitimiz dözülməz vəziyyətdədir. Mən də şəhid ailələri və məcburi köçkünlər üçün inşa edilən mənzillərdən bizə də verilməsini istəyirdim. Dəfələrlə icra başçısına müraciət etdim. Qəbuluna düşə bilmirdim. Nəhayət, görüşüb dərdimi dedim. İcra başçısının cavabı isə “rədd ol” burdan oldu. Artıq yaşamaq mümkün deyil. Evləri ona-buna satırlar, amma bizim kimi şəhid ailələri dözülməz vəziyyətdə yaşayır”.

Bahar Əliyeva deyib ki, sabah məsələ ilə bağlı Prezident Administrasiyasına gedəcək: “Uşaqlarımı götürüb gedəcəm Prezident Administrasiyasına. Dərdimi dinləsinlər. Yaşaya bilmirik. Belə olmaz axı. Jurnalistlərdən də xahiş edirəm ki, gəlib çəksinlər. Günorta saatlarında gələcəm Bakıya”.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün deyək ki, Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button