Loading...
Loading...
ÖLKƏ

İcra başçısı YAP binasının qarşısını həkimlərə süpürtdürdü – Ağstafada şok olay – Savash.org



Bu gün sosial şəbəkədə Ağstafa rayonunda həkimlərin YAP rayon şöbəsinin binasının qarşısını süpürməsi ilə bağlı məlumat və foto yayılıb.

Savash.org xəbər verir ki, fotoları ”Sancaq” səhifəsi yayımlayıb. Məlumata görə, bina Ağstafa YAP rayon şöbəsinin binasıdır. Onun qarşısını süpürənlər isə Ağstafa mərkəzi xəstəxanasınn həkimləridirlər.

Yayılan məlumata görə, prezidentin səfəri öncəsi rayonda abadlıq işləri görülür və buna görə də Ağstafa mərkəzi xəstəxanasınn həkimlərini, xadimələrinə küçələr süpürtdülür. Buna səbəb isə, rayonlarda büdcə puluna qənaət etmək məqsədi ilə icra başçısının xüsusi tapşırığı ilə rayondakı bütün müəssəsələrdə çalışanların bu abadlıq işlərinə cəlb edilməsidir.

Xatırladaq ki, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir.





Savash.org

Gözdən qaçırmayın:  Sberbank Avropa bazarını tərk edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button