24saat.org İcra başçısından Petek Dinçözlə bağlı AÇIQLAMA - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
İcra başçısından Petek Dinçözlə bağlı AÇIQLAMA

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcəyi ilə bağlı xəbər yayılıb. Bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

24saat.org xəbər verir ki, “Bizim Yol” məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla əlaqə saxlayıb.O saçıqlamasında məlumatın yalan olduğunu bildirib.

“Petek xanımdı da, şou-biznes əhlidi ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə bu nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burda torpaq alması mümkün deyil.”

Daha sonra Elxan Usubov bunları deyib:
“Petek xanım Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və “ARB” kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz.”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.