2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İcra başçısının köməkçisi və icra nümayəndəsi ev dustaqlığına buraxılıb

Məhkəmə həbs qətimkan tədbirini dəyişdirib

Göyçayın icra başçısı Mehdi Səlimzadə bu ilin martında vəzifəsindən azad ediləndən sonra bu qurumda aparılan yoxlamalar nəticəsində həbs olunan vəzifəli şəxslər ev dustaqlığına buraxılıb. Söhbət keçmiş icra başçısının köməkçisi Vahid İsayev və icra başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi olmuş Rəşad Şükürovdan gedir. Adları çəkilən sabiq məmurların barəsində həbs qətimkan tədbiri Binəqədi Rayon Məhkəməsinin qərarıyla dəyişdirilib. Onların vəkilləri ev dustaqlığına buraxılmaları üçün məhkəməyə vəsatət verib. Məhkəmə də vəsatəti təmin edib.

Saytların yığılması Saytlarin yigilmasi

Vahid İsayev və Rəşad Şükürov haqqında istintaq araşdırmaları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Rəşad Şükürov Göyçay şəhəri üzrə icra nümayəndəsi təyin edilməmişdən öncə İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. İddia olunur ki, Rəşad Şükürov həmin vəzifədə işləyəndə müxtəlif şəxslərdən vəzifədə qalıb işləyə bilmək üçün rüşvət tələb edib. Əks halda, onları işdən çıxarmaqla hədələyib.

İttihama əsasən, şöbə müdiri rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərilə birlikdə bu işləri görüb.

Vahid İsayev və Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma – hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslərin ittihamlara münasibəti məlum deyil.

2022-ci ilin martında – Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə vəzifəsindən azad ediləndən bir neçə gün sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları icra hakimiyyətində yoxlamalara başlamışdı. Bu qurumdan çoxsaylı əməkdaşların dindirildiyi, onlardan bir neçəsinin sabiq icra başçısının əleyhinə ifadə verdiyi haqda məlumatlar yayılmışdı.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button