2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İcra başçısının müavininə atəş açdılar – ABŞERONDA İNSİDENT

Bir neçə gün əvvəl Novxanı qəsəbəsində yerli sakinlərdən biri ilə Abşeronun icra başçısının müavini Fuad Cəbrayılov arasında insident yaşanıb.

24saat.org-un əldə etdiyi məlumata görə, insidentə səbəb obyekt söküntüsü olub. Həmin vaxt Fuad Cəbrayılov söküntüyə mane olan bir qadını təhqir edib. Onun bu addımı yerli sakinlərdən olan Hacı Eldar adlı şəxsin hiddətinə səbəb olub.

82 yaşlı həmin şəxs Fuad Cəbrayılova irad bildirib. Lakin icra başçısının müavini bu irada əhəmiyyət verməyib. Bundan sonra Hacı Eldar ov tüfəngilə Fuad Cəbrayılova xəbərdarlıq atəşi açıb. İcra başçısının müavinin bu olaydan sarsıntı keçirdiyi bildirilir.

Hacı Eldara gəlincə, onun saxlanıldığı iddia olunur.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button